Sionist rejim izolyasiya günlərini yaşayır
Avropa və ABŞ rəsmiləri vampir rejimin cinayətlərini etiraf edirlər - TƏHLİL
Qəzzədə insan haqlarının sistematik şəkildə pozulması hətta İsrail rejiminin ənənəvi müttəfiqlərini belə, rejimin cinayətlərini tənqid etməyə məcbur edib.
Avropa və Amerika rəsmilərinin son vaxtlar İsraili tənqid etməsi Qərbin mövqelərinin tədricən dəyişməsindən xəbər verir. Bu tendensiya Təl-Əvivə daha ciddi beynəlxalq təzyiqlərə səbəb ola bilər.
2023-cü ilin oktyabrında işğalçı İsrailin Qəzzəyə hücumlarının başlamasından bu yana 53 mindən çox fələstinli şəhid olub, 120 min nəfər isə yaralanıb. Qəzzənin tam blokadası, ərzaq və dərman qıtlığı, genişmiqyaslı bombardmanlar bölgədə humanitar böhrana səbəb olub.
Bununla əlaqədar insan hüquqlarının pozulmasını etiraf edən Avropa Şurasının prezidenti Antonio Kosta Qəzzədəki vəziyyəti “insan faciəsi” adlandırıb və deyib ki, orada beynəlxalq hüquq sistematik şəkildə pozulur.
İspaniya, Norveç, İslandiya, İrlandiya, Lüksemburq, Malta və Sloveniyanın baş nazirlərinin birgə bəyanatında isə Qəzzənin blokadasının götürülməsinə və fələstinlilərin məcburi köçkünlüyünə son qoyulmasına çağırılır.
Digər tərəfdən 24 amerikalı senator, o cümlədən Peter Velç, İsraili "qəsdən aclıq siyasətini həyata keçirməkdə" ittiham edib.
Bu mövqelər ortada ola-ola ABŞ prezidenti Donald Tramp Qəzzədən fələstinliləri Liviyaya köçürməyi düşünür.
Buna baxmayaraq xunta rejiminin Qəzzə sakinlərinə qarşı cinayətlərinin şiddəti və onlara qarşı soyqırım tətbiq etməsi hətta sionist rejimin ənənəvi Qərb müttəfiqlərinin də bu cinayətlərə haqq qazandırmasını qeyri-mümkün edib. İctimai rəyin təzyiqini nəzərə alaraq, onlar bu cinayət əməllərinə, o cümlədən fələstinlilərin soyqırımına və Qəzzə sakinlərinə qarşı aclıq silahlarından istifadəyə son qoymağa çağırırlar.