İsrail yenidən Livanın Cənubuna hücum etdi – 1 şəhid, bir neçə yaralı
https://parstoday.ir/azeri/news/west_asia-i12894-İsrail_yenidən_livanın_cənubuna_hücum_etdi_1_şəhid_bir_neçə_yaralı
 İsrailin hava hücumları nəticəsində Livanın Cənubda  1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
(last modified 2025-10-13T12:28:14+00:00 )
Okt 11, 2025 10:43 Asia/Baku
  • İsrail yenidən Livanın Cənubuna hücum etdi – 1 şəhid, bir neçə yaralı

 İsrailin hava hücumları nəticəsində Livanın Cənubda  1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

 

Əl-Məyadin xəbər agentliyi məlumat verir ki, İsrail rejiminin hava qüvvələri bu gün səhər saatlarında Livanın Cənubuna “Məsiləh” və “Nəcariyyə” qəsəbələri arasındakı əraziyə ağır hava hücumları həyata keçirib.Hücumlarda qazma maşınları və buldozerlər hədəf alınıb.İsrail tərəfi bu təcavüzkar əməliyyatı təsdiqləyərək, hücumun Hizbullahın infrastruktur obyektlərinə yönəldiyini bildirir.Qeyd edək ki, İsrail rejimi 1 oktyabr 2024-cü ildə Livana qarşı təcavüzə başlayıb və iki ay sonra, 7 dekabr tarixində ABŞ vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb.Razılaşmaya əsasən, İsrail qüvvələri 60 gün ərzində Livanın Cənubundan çıxmalı idi, lakin beynəlxalq hüquqa zidd olaraq, rejim əsgərlərini bölgənin beş strateji mövqeyində saxlayaraq oradan çıxmayıb.İsrail ordusu atəşkəs razılaşmasını dəfələrlə pozub.