HƏMAS liderlərindən biri: Müqavimətin dözümü Netanyahunu təslim olmağa məcbur etdi
Okt 13, 2025 20:07 Asia/Baku
HƏMAS hərəkatının liderlərindən biri bildirib ki, Fələstin müqavimətinin dözümü İsrail baş naziri Netanyahunu təslim olmağa vadar etdi.
HƏMAS liderlərindən İzzət Əl-Rəşq qeyd edib ki, Qəzzadakı xalqın və müqavimətin dözümü Netanyahunu iki il ərzində etiraz etdiyi və qarşı çıxdığı məsələləri qəbul etməyə məcbur etdi.
O əlavə edib: Qəzza İsrail rejimini təcrid etdi və bu rejimin vəhşi mahiyyətini üzə çıxararaq onu nifrət doğuran bir rejimə çevirdi; Qəzza beynəlxalq ictimai rəyin İsrail planına qarşı birləşməsini təmin etdi və bu planın sülh, beynəlxalq təhlükəsizlik və regionun sabitliyi üçün yaratdığı təhlükələri aşkara çıxardı.
Teqlər