Fələstin İslami Cihad Hərəkatı: Müqavimət silahların təhvil verilməsi ilə razılaşmayıb
Okt 15, 2025 09:12 Asia/Baku
Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hindi bəyanatında vurğulayıb ki, müqavimət qrupları silahlarını təhvil verməyə razılıq verməyiblər və silahların zorla alınması təhdidini də qəbul etmirlər.
O əlavə edib: İşğalçı rejimin razılaşmanın icrası yolunda maneələr yaratmağa çalışması gözlənilməz deyildi.Əl-Hindi bildirib: Benyamin Netanyahu "tam qələbə" illüziyasına çatmaqda və onu reallaşdırmaqda uğursuz oldu və biz Qəzza zolağının idarə olunması üçün beynəlxalq nümayəndənin mövcudluğunu qəbul etməyəcəyik.O qeyd edib: Qəzza zolağında atəşkəsin icrasının qorunması üçün heç bir beynəlxalq qüvvə yoxdur.
Teqlər