İordan çayının qərb sahilində iki fələstinli yeniyetmə şəhid olub
Noy 13, 2025 20:05 Asia/Baku
Fələstin mənbələrinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri Xəlil şəhərinin şimalında, Beyt-Əmr qəsəbəsinə aid ərazilərdə yerləşən Kərəmi Təsur yaşayış məntəqəsi yaxınlığında iki yeniyetməyə atəş açaraq onları şəhid ediblər.
“Əl-Məyadin” telekanalının məlumatına əsasən, şəhid olan yeniyetmələrin adları Məhəmməd Mahmud Əbu Əyyaş və Bilal Bəha Səbarnədir. Bildirilib ki, hər iki yeniyetmə Xəlil yaxınlığında sionist hərbçilərin atəşi nəticəsində həyatını itirib.
Teqlər