HƏMAS: İsrail rejimi bəzi əsirləri həbsxanalarında gizlədib
https://parstoday.ir/azeri/news/west_asia-i13204-hƏmas_İsrail_rejimi_bəzi_əsirləri_həbsxanalarında_gizlədib
HƏMAS hərəkatı bildirib ki, İsrail rejimi bir sıra Fələstinli əsirləri hələ də həbsxanalarında gizlədir. Sionist rejim bütün əsirlərin həyatı üçün məsuliyyət daşıyır.
(last modified 2025-11-17T08:56:16+00:00 )
Noy 16, 2025 22:53 Asia/Baku
  • HƏMAS: İsrail rejimi bəzi əsirləri həbsxanalarında gizlədib

HƏMAS hərəkatı bildirib ki, İsrail rejimi bir sıra Fələstinli əsirləri hələ də həbsxanalarında gizlədir. Sionist rejim bütün əsirlərin həyatı üçün məsuliyyət daşıyır.

 

HƏMAS vurğulayıb ki, vasitəçilər vasitəsilə İsrail rejimi ilə bir aylıq təmasdan sonra, Qəzza Zolağına qarşı müharibə zamanı əsir götürülmüş 1468 nəfərin siyahısını əldə edib.HƏMAS qeyd edib: İşğalçı rejim bütün əsirlərin həyatına və siyahıda hər hansı dəyişikliklərə görə tam məsuldur; hələ də bir sıra əsirləri həbsxanalarında gizlədir və onların adlarını açıqlamaqdan imtina edir.