Sionist media: Tramp Dəməşqdə İsrail səfirliyini açmağa çalışır
https://parstoday.ir/azeri/news/west_asia-i13646-sionist_media_tramp_dəməşqdə_İsrail_səfirliyini_açmağa_çalışır
Bir sionist media orqanı iddia edib ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda, Suriya və Sionist rejim ABŞ-nin nəzarəti altında təhlükəsizlik sazişi bağlamağa yaxınlaşıblar. "Qolan təpələrinin 25 il müddətinə icarəyə verilməsi" və "İsrailin Dəməşqdə səfirliyinin açılması" tərəflər arasında mümkün diplomatik addımlar sırasındadır.
(last modified 2026-01-31T12:28:32+00:00 )
Yan 27, 2026 12:58 Asia/Baku
  • Sionist media: Tramp Dəməşqdə İsrail səfirliyini açmağa çalışır

Bir sionist media orqanı iddia edib ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda, Suriya və Sionist rejim ABŞ-nin nəzarəti altında təhlükəsizlik sazişi bağlamağa yaxınlaşıblar. "Qolan təpələrinin 25 il müddətinə icarəyə verilməsi" və "İsrailin Dəməşqdə səfirliyinin açılması" tərəflər arasında mümkün diplomatik addımlar sırasındadır.

 

Sionist rejimin "i24NEWS" media orqanı (sionist rejimin 15-ci telekanalı) suriyalı bir mənbəyə istinadən iddia edib ki, Qərbi Asiya bölgəsindəki hadisələrin əhəmiyyətli dərəcədə sürətləndiyi bir vaxtda, Vaşinqtonun vasitəçiliyi ilə Dəməşq və Təl-Əviv arasındakı gələcək danışıqlar tərəflər arasında təhlükəsizlik sazişi və daha geniş əməkdaşlıq üçün qapı aça bilər. Bu çərçivədə, mümkün diplomatik addımlar barədə nikbin və görünməmiş fikirlər səsləndirilir.