Səudiyyə Ərəbistanının Yəmənin şimalına hücumları
https://parstoday.ir/azeri/news/west_asia-i14114-səudiyyə_Ərəbistanının_yəmənin_şimalına_hücumları
Səudiyyə Ərəbistanı Yəmənə qarşı təcavüzünü davam etdirir və ölkənin şimalındakı əraziləri hədəf alır
(last modified 2026-08-24T10:01:12+00:00 )
Avq 24, 2026 13:56 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Yəmənin şimalına hücumları

Səudiyyə Ərəbistanı Yəmənə qarşı təcavüzünü davam etdirir və ölkənin şimalındakı əraziləri hədəf alır

Pars Today-in Mehr Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı bazar günü gecəsi Yəmənin şimalındakı Səəda əyalətinin Razih bölgəsindəki kəndləri artilleriya atəşi ilə hədəfə alıb.

Bu, Yəmən qüvvələrinin Yəmənin şimal-qərbindəki Həccah əyalətinin səmasında Səudiyyə Ərəbistanına məxsus "Scan Eagle" casus pilotsuz təyyarəsinin vurulduğunu elan etməsindən sonra baş verib.

Yəmənli hərbi mənbə bildirib ki, pilotsuz təyyarə Yəmənin hava məkanını pozarkən uyğun silahla vurulub.