Putinlə Ərdoğan arasında görüş sentyabrın əvvəlində keçiriləcək
https://parstoday.ir/azeri/news/west_asia-i1604-putinlə_Ərdoğan_arasında_görüş_sentyabrın_əvvəlində_keçiriləcək
Türkiyənin “A Haber” telekanalı şənbə günü bildirib ki, Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş avqustun sonu və ya sentyabrın əvvəlində keçirilə bilər.
(last modified 2023-08-13T07:03:37+00:00 )
Avq 13, 2023 10:54 Asia/Baku
  • Putinlə Ərdoğan arasında görüş sentyabrın əvvəlində keçiriləcək

Türkiyənin “A Haber” telekanalı şənbə günü bildirib ki, Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş avqustun sonu və ya sentyabrın əvvəlində keçirilə bilər.

telekanal iki ölkə prezidentləri arasında keçiriləcək görüşdə bir sıra məsələlərin müzakirə olunacağını qeyd edib. Onlardan ən mühümü iyulun 17-də müddəti başa çatan taxıl dəhlizi sazişidir ki, Rusiya iyulun 18-də sazişin bir hissəsinin icra olunmaması səbəbindən onu yeniləməkdən imtina etmişdir.

Türkiyə mediası bu görüşün konkret tarixini qeyd etmədən Ərdoğanın iki tərəf arasında əldə olunan razılaşmalar əsasında Putinin Türkiyəyə səfərini gözlədiyini bildirib.

Media bunu da əlavə edib ki, Putin Ankaraya səfər edə bilməsə, Ərdoğan bu görüş üçün Rusiyaya gedə bilər.

Avqustun 2-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Vladimir Putin bir sıra mühüm məsələlərin və işlərin müzakirəsi üçün iki tərəf arasında görüşə hazırlaşmaq barədə razılığa gəlib.