Türkiyə İsveçdə Quranın yandırıdığı mərasimi kəskin qınayıb
Türkiyənin xarici işlər naziri İsveçdə Qurana qarşı edilən hörmətsizliyi kəskin qınayıb və İsveç hakimiyyətini Qurani-Kərimin yandırıldığı mərasimə icazə verdiyinə görə tənqid edib.
Xarici işlər naziri bu barədə sosial media hesabından açıqlama yayıb.
Hakan Fidan deyib: "Qurban bayramının ilk günündə İsveçdə müqəddəs kitabımız Qurana qarşı törədilən alçaq hərəkəti lənətləyirəm. İfadə azadlığı bəhanəsi ilə bu anti-İslam hərəkətlərinə icazə verilməsi qəbuledilməzdir".
Cənab Fidan bu hərəkəti "iyrənc hərəkət" adlandırıb və əlavə edib ki, bu cür mənfur hərəkətə göz yummaq, ona şərik olmaq deməkdir.
İsveçdə Qurban bayramında iraqlı olduğu deyilən bir şəxs məscidin qarşısında Qurani-Kərim yandırıb. Məlumata görə, bu şəxs Quranın vərəqlərini cırıb və onun səhifələrini yandırıb.