Ərdoğanla Putin yenidən görüşə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin yenidən görüşə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin Türkiyə liderinin Birləşmiş Millətlər Təşkilatında (BMT) təmaslarından sonra yenidən görüşə bilər.
Aran Radiosu xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, 19-25 sentyabr tarixlərində BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçiriləcək.
Xatırladaq ki, sentyabrın 4-də Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. İki ölkə lideri arasında keçirilən geniştərkibli görüşdə tərəflər ikitərəfli gündəlikdə duran məsələlərlə yanaşı, taxıl sazişinin bərpası mövzusunu da müzakirə ediblər.
Vladimir Putin bildirib ki, Rusiya taxıl sazişinin bərpası barədə yalnız ölkənin kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər.
Türkiyə prezidentinin administrasiyasına yaxın mənbədən isə bildiriblər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də təmaslarından sonra iki ölkə lideri təkrar görüşə bilər.