HƏMAS rəsmisi: “Əl-Əqsa tufanı” sionist düşmənin məhv edilməsi döyüşüdür
https://parstoday.ir/azeri/news/world-i2496-hƏmas_rəsmisi_Əl_Əqsa_tufanı_sionist_düşmənin_məhv_edilməsi_döyüşüdür
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sədr müavini İslam və Ərəb ümmətini “Əqsa tufanı” döyüşündə iştirak etməyə çağırıb və vurğulayıb ki, bu müharibə sionist düşmənin məhv edilməsi döyüşüdür.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Okt 07, 2023 09:29 Asia/Baku
  • HƏMAS rəsmisi: “Əl-Əqsa tufanı” sionist düşmənin məhv edilməsi döyüşüdür

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sədr müavini İslam və Ərəb ümmətini “Əqsa tufanı” döyüşündə iştirak etməyə çağırıb və vurğulayıb ki, bu müharibə sionist düşmənin məhv edilməsi döyüşüdür.

Fələstin müqavimət qüvvələri bu gün( şənbə) səhər saatlarından  “Əl-Əqsa tufanı” adlı əməliyyatla işğal olunmuş ərazilərə, o cümlədən Təl-Əviv və Aşdoda 5 mindən çox  raketlə hücum edib.

Aran Radiosu xəbər verir ki,Əl-Məyadin şəbəkəsinin məlumatına görə, HƏMAS-ın siyasi ofisinin sədr müavini " Saleh əl-Aruri" Əl-Əqsa tufanı əməliyyatını sionist düşməni məhv etmək üçün aparılan döyüş və bu rejimin cinayətlərinə cavab adlandırıb və bildirib ki, Qəzza mücahidləri Əl-Əqsa məscidinin müdafiəsi və fələstinli məhbusların azad edilməsi məqsədi ilə genişmiqyaslı əməliyyata başlayıb.

əl-Aruri bütün fələstinli qrupların, xüsusilə də İordan çayının qərb sahilindəki müqavimət qüvvələrinin bu döyüşə girməli olduğunu vurğulayaraq, deyib: İordan çayının qərb sahili bu döyüşdə həlledicidir və bütün sionist yaşayış məntəqələri ilə döyüşə girə bilər.

Bir sıra müqavimət mühafizəçiləri də Paraşütdan istifadə edərək işğal olunmuş ərazilərin bəzi bölgələrinə eniş edərək sionist düşmənlə döyüşüblər.

İbrani mənbələri Fələstin müqavimət qüvvələrinin bugünkü raket hücumları zamanı 150-dən çox yaralı sionistin işğal olunmuş ərazilərdəki xəstəxanalara köçürüldüyünü bildirib.