Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi İrəvana dəvət edib
https://parstoday.ir/azeri/news/world-i3420-nikol_paşinyan_qazaxıstan_prezidenti_kasım_jomart_tokayevi_İrəvana_dəvət_edib
Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan prezidentini Ermənistan Respublikasına rəsmi səfərə dəvət edib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Dek 08, 2023 09:28 Asia/Baku
  • Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi İrəvana dəvət edib

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan prezidentini Ermənistan Respublikasına rəsmi səfərə dəvət edib.

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan prezidentini Ermənistan Respublikasına rəsmi səfərə dəvət edib. Qazaxıstan prezidenti dəvəti qəbul edib.

Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Tərəflər Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığında iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq doğuran məsələlər, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.