“KTMT-dən çıxmağı bizdən xalq tələb edir”
https://parstoday.ir/azeri/news/world-i4618-ktmt_dən_çıxmağı_bizdən_xalq_tələb_edir
Ermənistan parlamentinin sədri Rusiyanın rəhbərliyi altında olan təhlükəsizlik qurumunda qalıb-qalmamaq məsələsinə aydınlıq gətirib.
(last modified 2024-03-01T02:01:39+00:00 )
Mart 01, 2024 05:57 Asia/Baku
  • “KTMT-dən çıxmağı bizdən xalq tələb edir”

Ermənistan parlamentinin sədri Rusiyanın rəhbərliyi altında olan təhlükəsizlik qurumunda qalıb-qalmamaq məsələsinə aydınlıq gətirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı yoxdur.

O əlavə edib ki, heç bir vektorun dəyişdirilməsi və ya buna bənzər bir şeydən söhbət getmir. “Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Bizim cəmiyyət də bundan danışır, deyə bilərik ki, belə bir tələb qoyur”, - deyə Simonyan vurğulayıb.