Suriyanın BMT-dəki nümayəndəsi: İranın hərəkəti qanuni özünümüdafiə idi
https://parstoday.ir/azeri/news/world-i5210-suriyanın_bmt_dəki_nümayəndəsi_İranın_hərəkəti_qanuni_özünümüdafiə_idi
Suriyanın BMT-dəki nümayəndəsi bazar günü gecəsi işğalçı rejim və ABŞ hökumətini regionun təhlükəsizliyinin daha da gərginləşməsinə görə məsuliyyət daşıdığını bildirib və deyib: İranın cavabı qanuni müdafiədir.
(last modified 2024-04-17T09:14:06+00:00 )
Apr 15, 2024 14:13 Asia/Baku
  • Suriyanın BMT-dəki nümayəndəsi: İranın hərəkəti qanuni özünümüdafiə idi

Suriyanın BMT-dəki nümayəndəsi bazar günü gecəsi işğalçı rejim və ABŞ hökumətini regionun təhlükəsizliyinin daha da gərginləşməsinə görə məsuliyyət daşıdığını bildirib və deyib: İranın cavabı qanuni müdafiədir.

 

Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna İsrailin hücumuna İranın cavabını nəzərdən keçirmək üçün Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Qusəy Əz-Zəhhak əlavə edib: İranın dünən atdığı addım özünümüdafiə hüququndan düzgün istifadə etmək idi.

Suriya nümayəndəsi daha sonra vurğulayıb: Biz ABŞ-ın Suriyada qeyri-qanuni mövcudluğunu və terror təşkilatlarına dəstəyini dayandırmasını istəyirik.

O əlavə edib: Bölgədə baş verən hadisələr ABŞ-ın qeyd-şərtsiz dəstəyindən istifadə edən Suriya və digər ölkələrdə İsrailin işğalçı hakimiyyət orqanları tərəfindən təkrarlanan aqressiv hərəkətlərin və beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasının təbii nəticəsidir.