ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb, xəsarət alanlar var
İyul 04, 2023 11:00 Asia/Baku
ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.
bu barədə polisə istinadən “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.
Qeyd olunur ki, hadisə zamanı yetkinik yaşına çatmayanlar da daxil olmaqla ümumilikdə 8 nəfər güllə yarası alıb.
Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb.
Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur.
Teqlər