Azərbaycanın Moskvadakı səfiri: BRİKS-ə qoşulmaqda maraqlıyıq
Azərbaycanın Moskvadakı səfiri Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ilə eyni vaxtda ölkəsinin inkişaf etməkdə olan iqtisadiyyatlar olan "BRİKS" qrupuna üzv olmaqda maraqlı olduğunu açıqlayıb.
Polad Bülbüloğlu Rusiyanın “TASS” xəbər agentliyinə müsahibəsində Azərbaycan Respublikasının BRİKS qrupuna qoşulmağa hazır olduğunu bildirib.
Azərbaycanlı diplomat Bakının bu qrupa qoşulmaq üçün rəsmi müraciət edib-etməməsi sualına cavab verərkən “BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var” deyə, bəyan edərək bildirib: “Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib.”
Azərbaycan Respublikasının Rusiyadakı səfiri əlavə edib: “Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir.”