Təəssüf ki, Zatulinin təxribatçı hərəkətlərinə qarşı heç bir təsirli tədbir görülmür
(last modified Sat, 07 Sep 2024 10:56:00 GMT )
Sen 07, 2024 14:56 Asia/Baku
  • Təəssüf ki, Zatulinin təxribatçı hərəkətlərinə qarşı heç bir təsirli tədbir görülmür

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini olan Konstantin Zatulin Keçmiş qondarma dağlıq qarabağ respublikasının yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayıb. Onun bu hərəkəti Azərbaycanda Rusiyaya qarşı ciddi narazılıqlara səbəb olub.

 

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin keçmiş qondarma dağlıq qarabağ respublikasının yaradılmasının ildönümü münasibəti ilə etdiyi video müraciətdə Bakıda həbsdə olan separatçıların başçıları, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyana dəstək nümayiş etdirib onların tez bir zamanda Ermənistana qayıtmalarını arzulayıb. 

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu Konstantin Zatulinin sözü gedən bəyanatları ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib və Rusiya hahimiyyətinin Zatulinin bu kimi hərəkətlərinə qarşı heç bir tədbir görmədiyindən təəssüfləndiyini bildirib:

“Təəssüf ki, Azərbaycan tərəfinin dəfələrlə Rusiya rəsmi orqanlarına müraciətinə baxmayaraq, Zatulinin müttəfiqlik münasibətlərini pozan və təxribatçı fəaliyyət göstərən hərəkətlərinə qarşı heç bir təsirli tədbir görülməyib. Bu, Milli Məclisin deputatları və Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarını narahat edir və iki ölkə arasında parlamentlərarası əməkdaşlığa mənfi təsir göstərir”,-Polad Bülbüloğlu məktubunda yazıb.

Azərbaycanın Moskvadakı səfiri Zatulinin bəyanatlarına rəsmi reaksiya verilməsini onun Azərbaycana qarşı fəaliyyətlərinin qarşısının alınmasını xahiş edib. 

Rusiyalı duma üzvünün Azərbaycan Respublikasına qarşı separatizmi dəstəkləməsi Azərbaycan siyasilərini də qəzəbləndirib.

Politoloq Xaqani Cəfərli OMM saytına verdiyi müsahibədə Konstantin Zatulinin ermənipərəstliyinin onun Azərbaycana nifrətindən irəli gəldiyini deyir:

“Rusiyanın hakim dairələrində Zatulinlə eyni mövqedə çoxlu siyasətçilər var. Rusiya xarici işlər naziri Sergey Lavrov da onlardan, Zatulinlə çox yaxın münasibətləri olan biridir. Əgər Rusiyanın əvvəlki gücü olsaydı onlar separatçıların azadlığına nail ola bilərdilər”,- Politoloq Xaqani Cəfərli deyib.

Politoloqa görə, “Zatulinin təsir gücünü görməzdən gəlmək olmaz. Azərbaycan cəmiyyəti Rusiyadan gələ biləcək basqılara qarşı Azərbaycan hakimiyyətinin güzəştə getməməsi üçün Zatulin və onun kimlərinin çıxışlarına qarşı etiraz səsini ucaltmalıdır.”

Politoloq Tural İsmayılov isə bildirib ki, Rusiya Dövlət Dumasının kəskin şəkildə bu məsələnin qarşısının kəsməməsi suallar yaradır:

“Kimsə deyə bilər ki, bu, Zatulinin mövqeyidir, Rusiya Dövlət Dumasının deyil. Eyni zamanda da Zatulin Rusiya Dövlət Dumasının üzvüdür. Ona görə də Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verilməlidir”,- Politoloq tural İsmayılov deyib.