Yol və şəhərsalma naziri: Azərbaycanla əlaqələr İran üçün çox önəmlidir
https://parstoday.ir/azeri/news/azerbaijan-i7972-yol_və_şəhərsalma_naziri_azərbaycanla_əlaqələr_İran_üçün_çox_önəmlidir
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
(last modified 2024-10-16T07:03:25+00:00 )
Okt 15, 2024 16:51 Asia/Baku
  • Yol və şəhərsalma naziri: Azərbaycanla əlaqələr İran üçün çox önəmlidir

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

 

İRNA-nın məlumatına əsasən, görüşdə Fərzanə xanım Sadiq Azərbaycanl Respublikası ilə əlaqələrin İran üçün çox önəmli olduğunu bildirib.

O, 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclasının tezliklə Tehranda keçirilməsini təklif edib:

“Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”, - deyə xanım nazir vurğulayıb.

Qeyd edək ki, Ş.Mustafayev bundan əvvəl İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə də görüşüb.