Xaçatryan: Ermənistan COP-dan öncə Azərbaycanla sülh sazişini imzalamaq fikrindədir
(last modified Thu, 17 Oct 2024 09:22:56 GMT )
Okt 17, 2024 13:22 Asia/Baku
  • Xaçatryan: Ermənistan COP-dan öncə Azərbaycanla sülh sazişini imzalamaq fikrindədir

Ermənistan və Azərbaycan arasında Sülh Müqaviləsi BMT-nin iqlim məsələləri üzrə noyabrda keçiriləcək sammitindən əvvəl imzalana bilər.

 

Bu barədə Ermənistan prezidenti Vaaqn Xaçatryan “Financial Times” nəşrinə verdiyi müsahibədə bildirib. O əlavə edib ki, hələ də təcili həll tələb edən məsələlər mövcuddur.

 Xaçatryanın sözlərinə görə, hərbi əsirlərlə bağlı danışıqlar sülh müqaviləsinin bir hissəsi deyil, lakin hələ də gündəmdə qalır.

O, qeyd edib ki, Ermənistanın yalnız Azərbaycanla deyil, bütün qonşu ölkələrlə sülhü təmin etməsi lazımdır.

Bu arada Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Bakı və İrəvan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində qeyd edib ki, bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə olunubş

O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb.

Simonyan söyləyib ki, Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan təxminən bir ay öncə saziş layihəsinin 16 müddəasından 13-ü üzrə razılıq əldə olunduğunu, qalan üçünun isə qismən öz həllini tapdığını bildirmişdi. N.Paşinyan BMT-də çıxışında sülh sazişinin 80 faizinin razılaşdırıldığını, sazişi bağlamağı, qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edib.

Azərbaycan prezidenti İlham Əliyev isə deyib ki, "sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz". O, İrəvanın təklifini "tamamilə reallıqdan kənar" saydığını dilə gətirib.