18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü
(last modified Fri, 18 Oct 2024 13:03:40 GMT )
Okt 18, 2024 17:03 Asia/Baku
  • 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü

18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. 30 il ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub.

 

33 il öncə -18 oktyabr 1991-ci ildə Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş və Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi nəticəsində süqut etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib.

30 il ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub. Ancaq 2021-ci ildə əlamətdar tarix, Müstəqilliyin Bərpası Günü olaraq dəyişdirilib.

2006-cı ilədək 18 oktyabr qeyri-iş günü olsa da, hazırda bu gün Azərbaycanda iş günüdür.