Ordunun birinci dəniz bölgəsində keçirilib
(last modified Fri, 18 Oct 2024 17:08:21 GMT )
Okt 18, 2024 21:08 Asia/Baku
  • Ordunun birinci dəniz bölgəsində keçirilib

İran helikopter və gəmiləri AYONS-2024 mürəkkəb dəniz təlimlərində iştirak edən eskadları qarşılayıblar

 

 

AYONS-2024 mürəkkəb dəniz təlimlərində iştirak edən eskadların və təlimlərə nəzarət edənlərin qarşılanması mərasimi həyata keçirilib.

İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin gəmiləri və aviasiya bölmələri tərəfindən AYONS-2024 mürəkkəb dəniz təlimlərində iştirak edən eskadların qarşılanması mərasimi həyata keçirilib.

Mərasimdə Rusiya və Oman eskadraları ordu və Sepah-ın helikopterləri və gəmiləri tərəfindən  qarşılanıblar və onlar İran İslam Respublikasının ölkə sularına daxil olublar.

Həmçinin sözügedən hərbi təlimlərə nəzarətçi olan Rusiya, Səudiyyə Ərəbistanı, Tailand, Pakistan, Qətər, Oman, Banqladeş və Hindistan nümayəndələri İranın Bəndər-Abbas beynəlxalq hava limanına daxil olub və rəsmi surətdə qarşılanıblar.

Hərbi təlimlərdə İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri iştirak edəcəklər.

AYONS dünyanın ən böyük və ən mühüm okeanlarından olan Hind okeanının ətrafındakı ölkələrin dəniz qüvvələrinin iclasının qısaldılmış adıdır.

İclas bu okean səviyyəsində yaranmış təhlükəsizlik məsələlərinin ardınca Hindistan dəniz qüvvələrinin təklifi ilə 2008-ci ildə yaradılıb.

Bu qurumun təşkilində məqsəd, Hind okeanı ətrafındakı ölkələrin sinerjisi, əməkdaşlığı və anlaşmasını yaratmaq olub.

Dəniz təhlükəsizliyinin yüksəldilməsi, dəniz ekologiyası məsələrinə baxılması, humanitar tədbirlər, təbii fəlakətlərlə mübarizə və Hind okeanı hövzəsinin dəniz qüvvələri arasında informasiyaların paylaşılması qurumun mühüm məqsədlərindəndir