Bayramovdan Zəngəzur açıqlaması:
Azərbaycan Respublikası İran marşrutuna üstünlük verir
Okt 19, 2024 11:30 Asia/Baku
Azərbaycan Respublikasının XİN rəhbəri Naxçıvana çıxış əldə etmək üçün ölksinin İran marşrutuna üstünlük verdiyini açıqlayıb.
Axar.az-ın məlumatına əsasən, Ceyhun Bayramov deyib: “İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidvarıq”.
Bayramov bunu Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində “3+3” regional məşvərət formatının görüşündə çıxış edərkən söyləyib.
Teqlər