Sionistlərin Azərbaycana qarşı “təcavüzkar” baxışı
Bu günlərdə İsrailin “Yerusəlim Post” nəşrinin Livanla davam edən gərginlik fonunda diqqətçəkən məqalə ilə çıxış edib.
adı çəkilən məqalədə İsrail rejiminin Livan müqavimətinə apardığı təcavüzkar müharibədə “Azərbaycan” faktorunu irəli sürərək öz məkirli fikirlərini yaymaq istəyiblər.
Mordeçay Kedar adlı müəllifin qələmə aldığı məqalədə Hizbullah və İsrail arasında gedən müharibədə Livan xalqının əziyyət çəkdiyi bildirilir. Məqalədə sentyabr ayında xunta rejimin törətdiyi “Peycer” terror və yerli dinc sakinlərə qarşı törədilən qətliamlara heç işarə belə edilmir.
Müəllif məqlədə Hizbullaha şər-böhtan atmaqla guya oxucunu bu təşkilatın Livandakı müharibəyə səbəb olduğu iddia edilir. Bu iddiaya yalnız bir söz yazmaq kifayıtdir ki, Livandan döyşən Hizbullah kiminlə vuruşur? Azğın İsrail ordusu ilə yoxsa Livanla? Daha bir sual, Hizbullah Livanı qoruyur? Yoxsa özünü? Daha dəqiq desək Hizbullahın sionist rejiminə vurduğu zərbələr düşmən əleyhinədir və bu cəbhə sionist rejimin Livana soxulmasını qarşısını alır.
“Livan xalqının oyanma vaxtı çatıb ki, onların ölkəsi ikinci Qəzzəyə çevrilməsin. Onlar İsrailə Livanı Hizbullahdan təmizləməyə və bütün vətəndaşları üçün dini tolerantlığı və plüralizmi təbliğ edən Azərbaycan kimi sülhsevər bir ölkə qurmağa kömək etməlidirlər”, – qeyd edən müəllif başa düşməlidir ki, Azərbaycan da Livan da İslam torpaqlarıdır və orada olan müsəlmanlar hələ heç bir ölkəyə təcavüz etməyib əksinə illər boyu müxtəlif şəkillərdə İslam düşmənləri tərəfindən təcavüzə məruz qalıb. Qarabağ müharibəsində döyüşən şəhidlər indi Hizbullahın Livan, Qəzzə uğrunda döyüşün canlarından keçən igidlər kimi öz yurd-yuvalarından qovulmuş, didərgin düşmüş xalqın müdafiəsi uğrunda şəhid olanlardır.
Daha sonra məqalədə Livandakı sünni və şiələr, xristianlar, yəhudilər üçün Azərbaycan nümunə gətirən müəllif yaxşı anlamalıdır ki, Livanda yaşayan sünni və şiələr eləcə də müxtəlif dinlərin nümayəndələri arasında hələ indiyədək heç bir çaxnaşma baş verməyib. Əksinə Hizbullaha dəstək duran Əhli Sünnə alimləri hətta yəhüdi və xristian alimləri də var ki, onlar işğalçı İsrailə qarşı çıxmış və təcavüzkar rejimin “yəhudiyyətlə” heç bir əlaqəsinin olmadığını demişlər.
“Biz Azərbaycanın dağ yəhudiləri 2500 ilə yaxındır ki, bu torpaqda yaşayırıq. Bu müddət ərzində Azərbaycan xalqı bizi qucaqlayıb, təhlükədən qoruyub. Dünyanın hər hansı bir yerində hər hansı bir yəhudi özünü təhlükədə hiss edirsə, Azərbaycana köçməlidir”, – deyən Azərbaycan Yəhudi İcmasının lideri Milix Yevdayevin sözlərinə istinad edən sionist müəllif hələ də başa düşməyib ki, müsəlmanlarda sionist rejim kimi terror yoxdur. İndi bir çox müsəlman ölkələrində yəhudilər yaşayır və bundan əvvəldə yaşayıblar lakin onlara qarşı heç vaxt zorakılıq və ya təcavüz edilməyib. Amma baxaq sionist rejiminə orada heç bir müsəlman amanda qala bilmir, adi qanunsuz şəkildə digər ölkələrdən gəlmiş miqrantlar özlərini bu rejimdə amanda görə bilmir. Deməli diqqət ediləsi məqam bundan ibarətdir ki, sionist rejimin terror planı həmişə müsəlmanlara qarşı işləyib və müsəlmanlar heç də bu terrordan amanda qalmayıb.
“Bu multikultural mühitdə yaşayan Azərbaycanın Qəzzədə davam edən müharibəyə münasibətinə və Türkiyə ilə qardaşlıq əlaqələrinə baxmayaraq, İsrail dövləti ilə də çox möhkəm dostluğu var”-deyərək güya Qəzzənin Azərbaycanın himayəsinə ehtiyaclı olduğunu və ya Azərbaycanın İsrail ilə əlaqələrini gözə soxaraq özünü etibarlı göstərməyə çalışan müəllif hələ də anlamayıb ki, nə Qəzzənin nə də Livanın Azərbaycana ehtiyacı yoxdur. Əksinə Azərbaycanın buna ehtiyacı var və dəfələrlə israil rejim əleyhinə qərar verilmiş BMT qətnamələrində bu açıq şəkidlə özünü göstərir. Azərbaycan beynəlxalq səviyyədə İsrail kimi terrorçu rejimi müdafiə edə bilməz. Bunu hamıdan yaxşı sionist rejimi bilir və ona görə özünü gözə soxmaq üçün bəhanələrə əl atır. Azərbaycan bütün müsəlman ölkələri kimi İsrail rejiminin terrorçu hərəkətlərini yaxşı başa düşür.
Məqalədə ən dayaz fikrilər də səsləndirilib. “Əgər Livan Hizbullahdan qurtulsa və dini plüralizm üçün Azərbaycan modelini izləsəydi, Livan çox tez İbrahim razılaşmalarına qoşulub bu müharibəni geridə qoya bilər, beləliklə də Livan xalqını çox faciə və ürək ağrısından xilas edə bilərdi”-deyə Hizbullahı gözdən salmağa və sionist rejimin terrorçu mahiyyətini gizlətməyə çalışan müəllif bir il ərzində 50 minə yaxın insanın qətliam edildiyi, hır gün xəstəxana, sığınacaq mərkəzlərinin içərilərində yaralı, xəstə ola-ola diri-diri yandırıldığı, ən əsası isə 75 ildir ki davam edən Fələstinə qarşı soyqırım, evlərin, mülklərin talanması, gizli həbslər, minlərcə terror aktları bəs bunları kimdir törədən? Sionist rejimi Qərbin maliyyəsi ilə, onların ən dəhşətli və qadağan olunmuş bomba və silahları ilə daim müsəlmanlara qarşı soyqırım törətmiş, quduz yırtıcı kimi həmişə özlərini körpələrin qanı ilə doyurmuşlar.