Yeddilər qrupu İrandan təmkinli olmasını istəyib
Ölkəsi hal-hazırda yeddilər qrupunun dövri sədri olan İtaliyanın xarici işlər naziri Antonio Tacani bir müraciətdə İranı regionda gərginliyin şiddətlənməsinə gətirb çıxaracaq addımlardan çəkinməyə və təmkinli olmağa çağırıb.
Tacani İtaliya xarici işlər nazirliyinin şöbə müdiri Rikkardo Quarilya tərəfindən İranın həmin ölkədəki səfiri Məhəmməd-Rza Səburiyə təhvil verilən bu mesajda Tehranı təmkinlilik göstərməklə Aralıq dənizi və Yaxın Şərq bölgələrində gərginliyin azaldılması məsələsində iştiraka çağırıb.
Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə və onun cangüdənlərindən biri çərşənbə günü səhər saatlarında Tehranda qaldıqları məkanın hədəfə alınması nəticəsində şəhid oldular. Sionistlərin bu cinayəti beynəlxalq səviyyədə pislənir.
İran prezidenti Məsud Pezeşkiyan İsmayıl Həniyyənin şəhid edilməsinə reaksiyada verdiyi mesajda yazıb: İran İslam Respublikası özünün ərazi bütövlüyü, suverenliyi, izzəti və etibarının qorunması sahəsində əlindən gələni əsirgəməyəcək və sionist rejim tezliklə özünün qorxaqcasına və terrorçu hərəkətinin nəticələrini görəcək.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani də İsrail rejiminin İranın ərazi bütövlüyü və suverenliyinə qarşı terrorçu və təcavüzkar hücumu və Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyəni şəhid etməsindən sonra BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda belə qeyd edib: İran İslam Respublikası BMT Nizamnaməsinin əlli birinci maddəsinə əsasən, qanuni müdafiə sahəsindəki təbiii haqqından istiadə istiqamətində əsla tərəddüd etməyəcək.