Sionist media Misirin mümkün gözlənilməz addımı ilə bağlı xəbərdarlıq edib
https://parstoday.ir/azeri/news/west_asia-i13444-sionist_media_misirin_mümkün_gözlənilməz_addımı_ilə_bağlı_xəbərdarlıq_edib
Sionist media orqanı Qahirənin 1979-cu il sülh sazişinə yenidən baxdığını bildirib. Sionist analitiklərin fikrincə, bu addım regionda təhlükəsizlik balansını dəyişə və Tel-Əvivin hesablamalarını poza bilər.
(last modified 2025-12-23T11:16:40+00:00 )
Dek 22, 2025 19:04 Asia/Baku
  • Sionist media Misirin mümkün gözlənilməz addımı ilə bağlı xəbərdarlıq edib

Sionist media orqanı Qahirənin 1979-cu il sülh sazişinə yenidən baxdığını bildirib. Sionist analitiklərin fikrincə, bu addım regionda təhlükəsizlik balansını dəyişə və Tel-Əvivin hesablamalarını poza bilər.

 

Məlumata görə, bu məsələ Misir prezidenti Əbdülfəttah əs-Sisinin Vaşinqtona mümkün səfəri ilə bağlı yayılan xəbərlərlə eyni vaxtda gündəmə gəlib. Bununla belə, məlumatlı mənbələr hazırda onun ABŞ paytaxtında sionist rejimin baş naziri ilə görüş ehtimalını təkzib ediblər.

 

Sionist «Natsiv» xəbər platforması kəşfiyyat hesabatlarına istinadən bildirib ki, Misir ordusu son dövrlərdə Sinay yarımadasında müasir hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bildirilib ki, bu sistemlər arasında Çin istehsalı olan HQ-9B HHM sistemi də var.