İranın ABŞ təcavüzünə qarşı müqaviməti təqdirəlayiqdir
https://parstoday.ir/azeri/news/world-i14012-İranın_abŞ_təcavüzünə_qarşı_müqaviməti_təqdirəlayiqdir
Malayziyanın Baş naziri Ənvər İbrahim İranın ABŞ-ın hərbi təcavüzünə qarşı göstərdiyi qətiyyət və dayanıqlılığı yüksək qiymətləndirərək, Malayziyanın İrana qarşı hərbi hücumları açıq şəkildə pisləyən azsaylı ölkələrdən biri olduğunu bildirib
(last modified 2026-08-17T05:37:40+00:00 )
Avq 17, 2026 09:32 Asia/Baku
  • İranın ABŞ təcavüzünə qarşı müqaviməti təqdirəlayiqdir

Malayziyanın Baş naziri Ənvər İbrahim İranın ABŞ-ın hərbi təcavüzünə qarşı göstərdiyi qətiyyət və dayanıqlılığı yüksək qiymətləndirərək, Malayziyanın İrana qarşı hərbi hücumları açıq şəkildə pisləyən azsaylı ölkələrdən biri olduğunu bildirib

Pars today in verdiyi məlumata görə, Ənvər İbrahim «Əl-Cəzirə» telekanalına müsahibəsində deyib: «Malayziya İrana qarşı hərbi hücumları açıq şəkildə pisləyən azsaylı ölkələrdən biridir.»

Malayziyanın Baş naziri daha sonra vurğulayıb: «İran İslam Respublikasının qətiyyəti və dayanıqlılığı təqdirəlayiqdir.»

O, həmçinin Malayziyanın dünya dövlətlərinə münasibətdə yanaşmasına toxunaraq bildirib: «Biz qonşularımızla qarşılıqlı əlaqələrə üstünlük veririk və düşünürəm ki, İran da qonşuları ilə qarşılıqlı əlaqə saxlamalı və onların narahatlıqlarını nəzərə almalıdır.»

Ənvər İbrahim müsahibəsinin digər hissəsində İran əleyhinə hərbi təcavüzü pisləyən Malayziya parlamentinin qətnaməsinə toxunaraq deyib: «Biz bu məsələdə bir çox digər ölkələrdən daha irəli getmişik.»

Malayziyanın Baş naziri həmçinin Qərb dövlətlərinin riyakarlığını tənqid edərək bildirib ki, bu riyakarlığı Almaniya kansleri Fridrix Merts ilə görüşündə də açıq şəkildə ifadə edib.