Gələn ildən OPEC+ hasilatı azaldacaq
https://parstoday.ir/azeri/news/world-i354-gələn_ildən_opec_hasilatı_azaldacaq
OPEC+ ölkələrinin neft nazirləri bazar günü Vyanada keçirilən iclasda , hasilatı gələn ilin əvvəlindən 2024-cü ilin sonuna qədər bir il ərzində gündəlik 1,4 milyon barel azaltmaq barədə razılığa gəliblər.
(last modified 2023-08-27T04:59:00+00:00 )
İyun 05, 2023 12:58 Asia/Baku
  • Gələn ildən OPEC+ hasilatı azaldacaq

OPEC+ ölkələrinin neft nazirləri bazar günü Vyanada keçirilən iclasda , hasilatı gələn ilin əvvəlindən 2024-cü ilin sonuna qədər bir il ərzində gündəlik 1,4 milyon barel azaltmaq barədə razılığa gəliblər.

İranpressin verdiyi xəbərə görə, OPEC+ ölkələrinin qəbul etdiyi qərara əsasən, gələn il hasilat miqdarı gündəlik təxminən 40 milyon barel olacaq.

Səudiyyə Ərəbistanı, Rusiya və Oman da könüllü olaraq neft hasilatını azaldacaqlarını açıqlayıb.

“OPEC Plus” kimi tanınan qrupa dünya xam neftinin təqribən 40%-ni təmin edən “OPEC” üzvləri və onun müttəfiqi olan hasilatçı ölkələr daxildir və bu qrupun qərarları neft bazarının qiymətlərinə böyük təsir göstərir.