İranın ABŞ bazalarına zərbələrindən yeni görüntülər
https://parstoday.ir/azeri/news/iran-i14422-İranın_abŞ_bazalarına_zərbələrindən_yeni_görüntülər
ABŞ-ın CBS telekanalı İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Qərbi Asiyanın müxtəlif bölgələrində yerləşən bir neçə ABŞ bazasına dəymiş genişmiqyaslı zərərin eksklüziv görüntülərini yayımlayıb. Kanal görüntülərin ABŞ hərbçiləri tərəfindən ona təqdim edildiyini bildirib.
(last modified 2026-09-16T16:32:29+00:00 )
Sen 16, 2026 20:30 Asia/Baku
  •  İranın ABŞ bazalarına zərbələrindən yeni görüntülər

ABŞ-ın CBS telekanalı İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Qərbi Asiyanın müxtəlif bölgələrində yerləşən bir neçə ABŞ bazasına dəymiş genişmiqyaslı zərərin eksklüziv görüntülərini yayımlayıb. Kanal görüntülərin ABŞ hərbçiləri tərəfindən ona təqdim edildiyini bildirib.

 ABŞ mediasının İranın Qərbi Asiyadakı ABŞ bazalarına vurduğu zərərlə bağlı eksklüziv görüntüləri

 ABŞ-nin CBS telekanalı İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Yaxın Şərqin müxtəlif bölgələrində yerləşən bir neçə ABŞ bazasına dəymiş genişmiqyaslı zərəri ilk dəfə göstərən eksklüziv görüntülər yayımlayıb.

 

ABŞ mediası olan CBS bu hesabatında görüntülərin ABŞ ordusunda xidmət edən və kimliyi açıqlanmayan hərbçilər tərəfindən bu mediaya göndərildiyini bildirib. ABŞ hərbçilərindən birinin sözlərini sitat gətirən CBS yazıb: “Bu, bazalarımıza dəymiş ağır zərərdir və bu barədə Amerika xalqına məlumat verilməyib. Biz orada dayanmışıq və gözlərimiz bağlı vəziyyətdə zərbələrə məruz qalırıq.”

Hesabata əsasən, həmin ABŞ hərbçisi ABŞ-nin müharibə naziri Pit Heqsetin 1 mart tarixində Küveytdəki Şueybə limanına 6 ABŞ hərbçisinin ölümü ilə nəticələnən ölümcül hücumdan sonra hava hücumundan müdafiə sistemlərinin sipərini keçərək hədəflərinə çatan İran raketlərini “sızan damcılar”a bənzətməsinə toxunaraq vurğulayıb: “Bu genişmiqyaslı zərər yalnız bir neçə raketin hədəfə dəyməsinin nəticəsi deyil.”

Məlumata görə, həmin hərbçi daha sonra bildirib: “Biz bu bazaları müdafiə etmirik, sadəcə onların məhv edilməsini izləyirik.”

ABŞ mediasının məlumatına görə, Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazasında çəkilmiş bir fotoşəkil dördmühərrikli “Boeing E-3 Sentry” təyyarəsinin arxa hissəsinə birbaşa zərbə dəydiyini göstərir. Təyyarənin quyruq hissəsi yanmış gövdəsindən ayrılıb, havanın ortasında kəşfiyyat məlumatlarının toplanması üçün həyati əhəmiyyət daşıyan fırlanan radarı da məhv edilib.

ABŞ mediası əlavə edib ki, bununla bağlı ABŞ Müharibə Nazirliyinin Baş Müfəttiş Aparatı bu həftə İrana qarşı “səbəbsiz təcavüz”lə bağlı yeni hesabat yayımlayıb. Hesabatda ABŞ ordusuna məxsus 3 milyard 700 milyon dollaradək dəyərində texnika və silahların, o cümlədən 60-a yaxın təyyarənin məhv edildiyi bildirilib.