-
İki ölkə arasında münasibətlərin inkişafı və dərinləşdirilməsi vurğulanıb
Avq 31, 2026 20:03İran İslam Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Prezidenti Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti və “Şanxay plyus” formatında keçirilən görüş çərçivəsində görüşərək müzakirələr aparıblar
-
Pezeşkian: Məkkə razılaşmasını alqışlayırıq
Avq 31, 2026 19:13İran İslam Respublikasının Prezidenti Şahbaz Şəriflə görüşündə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin Məkkə razılaşması çərçivəsində həyata keçirdiyi birgə təşəbbüsü İslam dünyasında birliyin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib və bunu alqışlayıb. Pezeşkian deyib: «Ümid edirik ki, regionun digər ölkələri və İslam ölkələri də bu prosesə qoşulacaq və əməkdaşlıqlarını yalnız müdafiə sahəsində deyil, siyasi, iqtisadi və mədəni sahələrdə də genişləndirəcəklər».
-
Müharibə ilə bağlı xalqın hüquqlarının təmin olunmasına çalışırıq
Avq 31, 2026 17:05İranın xarici işlər naziri İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammitində iştirakının məqsədləri barədə deyib: “İlk növbədə son müharibə və qarşıdurmalarla bağlı xalqın hüquqlarının təmin olunmasına çalışırıq.”
-
İranın Kabuldakı səfirinin müavininin son açıqlamalarını alqışladı
Avq 31, 2026 11:36Əfqanıstan Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid İran İslam Respublikasının Əfqanıstandakı səfirinin müavini Seyid Həsən Mürtəzəvinin son açıqlamalarını alqışlayıb və vurğulayıb ki, Kabil də İranın müstəqilliyinə və daxili işlərinə hörmətlə yanaşır.
-
Düşmən psixoloji müharibə yolu ilə milli sabitliyi zəiflətməyə çalışır
Avq 31, 2026 11:21İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı bildirib: Düşmən psixoloji müharibə yolu ilə milli sabitliyi zəiflətməyə çalışır.
-
ABŞ-ın Lərk adasına hərbi təcavüzü BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır
Avq 31, 2026 11:18İran Xarici İşlər Nazirliyi ABŞ-ın terrorçu ordusunun Lərk adasına hərbi təcavüzü və İranın buna verdiyi müdafiə xarakterli cavabla bağlı bəyanat yayıb.
-
Xalqın müqaviməti sayəsində İsrail üç müharibəsinin hər birində məğlub olub
Avq 30, 2026 13:14Hizbullahın baş katibi Vəhdət Həftəsi münasibətilə çıxışında bildirib: “İsrail üç müharibəsinin hər birində məğlub olub və bu məğlubiyyətin səbəbi xalqın müqaviməti olub.”
-
İsraili tənqid edənləri susdurmaq Konstitusiyaya ziddir
Avq 30, 2026 13:08Kaliforniyada federal hakim bildirib ki, Donald Tramp administrasiyasının İsrail rejiminin Qəzzaya qarşı həyata keçirdiyi əməlləri və müharibəni tənqid edən xarici vətəndaşları və xarici tələbələri ölkədən çıxarması Konstitusiyaya ziddir.
-
Hörmüzlə bağlı Omanla anlaşmanın icrası ABŞ-ın öhdəliklərini yerinə yetirməsindən asılıdır
Avq 30, 2026 13:04İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazından keçid qaydaları ilə bağlı əldə olunan anlaşma avtomatik olaraq icra edilməyəcək. Onun icrası qarşı tərəfin, xüsusilə də ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.
-
Tramp ABŞ tarixində ən korrupsiyalaşmış prezidentdir
Avq 30, 2026 12:55ABŞ senatorlarından biri Donald Trampın bu ölkənin tarixində ən korrupsiyalaşmış prezident olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Trampla həmfikir olan neft şirkətləri İrana qarşı təcavüzkar müharibədən böyük gəlir əldə ediblər.