HƏMAS: İşğalçı rejim Qəzzədəki əsirlərinin canı ilə maraqlanmır
https://parstoday.ir/azeri/news/west_asia-i10398-hƏmas_İşğalçı_rejim_qəzzədəki_əsirlərinin_canı_ilə_maraqlanmır
 HƏMAS sionist rejim tərəfindən atəşkəs rejiminin davamlı şəkildə pozulmasına toxunaraq, bu rejimin Qəzzə zolağındakı əsirlərinin həyatına əhəmiyyət vermədiyini vurğulayıb.
(last modified 2025-03-25T08:45:17+00:00 )
Mart 18, 2025 11:43 Asia/Baku
  • HƏMAS: İşğalçı rejim Qəzzədəki əsirlərinin canı ilə maraqlanmır

 HƏMAS sionist rejim tərəfindən atəşkəs rejiminin davamlı şəkildə pozulmasına toxunaraq, bu rejimin Qəzzə zolağındakı əsirlərinin həyatına əhəmiyyət vermədiyini vurğulayıb.

 

HƏMAS qeyd edib ki, sionist düşmən atəşkəs razılaşmasını pozmaqda davam edir və müdafiəsiz vətəndaşları hədəf alır.HƏMAS əlavə edib: “İşğalçı rejimin cinayətləri və keçidlərin bağlanması Netanyahunun terrorçu kabinetinin atəşkəs razılaşmasından yayınmaqda israrını əks etdirir. Bu rejim nə Qəzzə zolağındakı əsirlərin canına, nə də beynəlxalq və humanitar qanunlarla əhəmiyyət verir.”“Biz atəşkəs razılaşmasının vasitəçilərini işğalçı rejimin cinayətlərinin və davam edən təcavüzünün qarşısını almaq üçün dərhal müdaxilə etməyə çağırırıq. Biz beynəlxalq ictimaiyyəti Qəzzə zolağının blokadasını aradan qaldırmaq və sionist rejim tərəfindən törədilən aclıq və qıtlıq cinayətini dayandırmaq üçün məsuliyyətli addımlar atmağa çağırırıq” - deyə, HƏMAS yaydığı bəyanatda bildirib.