İsrailin NATO ilə çox milyon dollarlıq müqaviləsi
(last modified Thu, 10 Apr 2025 08:01:28 GMT )
Apr 10, 2025 12:01 Asia/Baku
  • İsrailin NATO ilə çox milyon dollarlıq müqaviləsi

İsrail hərbi şirkətlərindən biri Avropanın NATO üzvü olan ölkəsi ilə 100 milyon dollarlıq müqavilə imzalayıb.

 

İsrailin müdafiə və informasiya texnologiyaları şirkəti Elbit Systems bu gün Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avropadan üzvü olan ölkəsi ilə zirehli tanklara quraşdırıla bilən insansız qüllə sistemlərinin tədarükü üçün 100 milyon dollar dəyərində müqavilə imzalayıb.

Məlumata görə, Elbit Systems zirehli tanklara quraşdırıla bilən UTC insansız qüllə sistemlərini İspaniya-Avstriya şirkəti General Dynamics Land Systems (GDELS) üçün təmin edəcək. Bu sistemlər Avstriya-İspan Əməkdaşlıq İnkişafı (ASCOD) adlı zirehli döyüş maşınlarında quraşdırılacaq.