Sionist rejimin iki hərbçisi həlak oldu
https://parstoday.ir/azeri/news/west_asia-i12352-sionist_rejimin_iki_hərbçisi_həlak_oldu
Sionist rejimin 24-cü telekanalı (i24) işğal olunmuş Fələstin torpaqlarının şimalında bu rejimə məxsus iki hərbçinin həlak olduğunu xəbər verib.
(last modified 2025-08-19T12:41:34+00:00 )
Avq 17, 2025 09:02 Asia/Baku
  • Sionist rejimin iki hərbçisi həlak oldu

Sionist rejimin 24-cü telekanalı (i24) işğal olunmuş Fələstin torpaqlarının şimalında bu rejimə məxsus iki hərbçinin həlak olduğunu xəbər verib.

 

Rejimin polisinin bəyanatında bildirilir ki, magistral yol 90-da baş verən yol qəzasında ölən iki motosikletçi sərhəd qoşunlarının hərbçiləri olub. Onların adları general-mayor Tomer Eliyahu Klebi və general-mayor Gal Yusif kimi açıqlanıb və ölümləri barədə ailələrinə məlumat verilib.Bu iki hərbçi hadisə yerinə “Davud ulduzu” (sionist rejimin Qızıl Aypara xidməti) təcili yardım işçiləri və xilasedicilər çatmazdan öncə həlak olub.