Hizbullahın Baş katibi: Trampın “sülh planı” “Böyük İsrail” layihəsinə xidmət edir
https://parstoday.ir/azeri/news/west_asia-i12812-hizbullahın_baş_katibi_trampın_sülh_planı_böyük_İsrail_layihəsinə_xidmət_edir
Livanın Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim bəyan edib: ABŞ-nin irəli sürdüyü sülh planı əslində sionist rejimin “Böyük İsrail” layihəsinin tərkib hissəsidir və bu layihə bölgə ölkələri üçün ciddi təhlükə yaradır.
(last modified 2025-10-07T13:38:52+00:00 )
Okt 04, 2025 20:36 Asia/Baku
  • Hizbullahın Baş katibi: Trampın “sülh planı” “Böyük İsrail” layihəsinə xidmət edir

Livanın Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim bəyan edib: ABŞ-nin irəli sürdüyü sülh planı əslində sionist rejimin “Böyük İsrail” layihəsinin tərkib hissəsidir və bu layihə bölgə ölkələri üçün ciddi təhlükə yaradır.

 

Onun sözlərinə görə, sionist rejim “Böyük İsrail”in qurulmasını planlaşdırır və ABŞ bu niyyətə tam dəstək verir.

Bu gün müşahidə etdiyimiz bütün addımlar, bu planın həyata keçirilməsinə xidmət edir.

Hizbullah rəhbəri Livan rəsmilərinə xəbərdarlıq edərək bildirib: Bu layihənin növbəti hədəfi Livan olacaq. O qeyd edib ki, Tramp administrasiyasının “sülh planı” tam şəkildə İsrailin maraqlarına uyğunlaşdırılıb və region ölkələri üçün ciddi təhlükələr daşıyır.

Bu planın əsas məqsədi, xüsusilə də Həmasın əlində olan əsirləri və müqavimətin güc rıçaqlarını əlindən almaqdır.

 

Şeyx Nəim Qasim əlavə edib: Tramp planının başqa bir hədəfi də İsrailin Qəzzada törətdiyi cinayətlərin ört-basdır edilməsidir.

Bu təhlükəyə qarşı hamımız birgə mübarizə aparmalıyıq. Heç kim deməməlidir ki, bu məsələ ölkəmizə aid deyil. ABŞ və İsrail bütün bölgə ölkələrini hədəf alıblar. Qəzzada baş verənlər yalnız başlanğıcdır, gələcəkdə digər addımlar müxtəlif mərhələlərlə atılacaq.

 

Hizbullah baş katibi vurğulayıb: Hətta Fələstin məsələsini dəstəkləməyənlər belə, bu təhlükəni dərk etməli və ona qarşı tədbir görməlidirlər.

Bu plan gec-tez hər kəsə təsir edəcək.

 

Nəim Qasim bəzi ərəb ölkələri Trampın planından xəbərdar olduqlarına və bu planın təqdim olunmasında mənfi rol oynadıqlarına işarə edərək deyib: Onlar planın bəzi maddələrində dəyişikliklər etməklə, daha da “Böyük İsrail” layihəsinə uyğunlaşdırıblar.

ABŞ və İsrail müharibə və zor gücünə nail ola bilmədikləri məqsədlərini bu dəfə siyasi yollarla həyata keçirməyə çalışırlar.