UNICEF: Qəzzada 56 min uşaq valideynlərini itirib
https://parstoday.ir/azeri/news/west_asia-i12896-unicef_qəzzada_56_min_uşaq_valideynlərini_itirib
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrail ordusunun iki illik müharibəsi zamanı Qəzza zolağında 56 min uşağın bir və ya hər iki valideynini itirdiyini açıqlayıb.
(last modified 2025-10-13T12:28:14+00:00 )
Okt 11, 2025 10:44 Asia/Baku
  • UNICEF: Qəzzada 56 min uşaq valideynlərini itirib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrail ordusunun iki illik müharibəsi zamanı Qəzza zolağında 56 min uşağın bir və ya hər iki valideynini itirdiyini açıqlayıb.

 

UNICEF son hesabatında iki ildir davam edən bombardmanların və müharibənin Qəzza zolağında fəlakətli dağıntılara səbəb olduğunu və 64 mindən çox uşağın öldüyünü və ya yaralandığını açıqlayıb.Bəyanatda əlavə edilib: Qəzza zolağında 5 yaşından kiçik 320 000 uşaq kəskin qida çatışmazlığı riski altındadır və 56 000-dən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib.UNICEF elan edib: Qəzzada atəşkəs əldə olunmasını alqışlayırıq. Atəşkəs iki il davam edən dəhşətli müharibədə əziyyət və məşəqqət çəkən uşaqlara ümid verir.