UNIFIL: İsrail atəşkəsdən bəri Livanın hava məkanını 7000 dəfədən çox pozub
https://parstoday.ir/azeri/news/west_asia-i13228-unifil_İsrail_atəşkəsdən_bəri_livanın_hava_məkanını_7000_dəfədən_çox_pozub
BMT-nin Livanın cənubundakı sülhməramlı qüvvələrinin (UNIFIL) sözçüsü İsrail rejiminin atəşkəs elan ediləndən bəri ölkənin hava məkanını 7300 dəfə pozduğunu açıqladı.
(last modified 2025-11-19T11:34:11+00:00 )
Noy 19, 2025 15:32 Asia/Baku
  • UNIFIL: İsrail atəşkəsdən bəri Livanın hava məkanını 7000 dəfədən çox pozub

BMT-nin Livanın cənubundakı sülhməramlı qüvvələrinin (UNIFIL) sözçüsü İsrail rejiminin atəşkəs elan ediləndən bəri ölkənin hava məkanını 7300 dəfə pozduğunu açıqladı.

 

Adını açıqlamayan sözçü bildirib ki, UNIFIL cümə axşamı Təhlükəsizlik Şurasına 1701 saylı qətnamənin icrasının gedişatı, o cümlədən atəşkəs sazişinin bütün pozuntuları barədə hesabat təqdim edəcək.O, İsrailin Livanın cənubunda Mavi Xətti (Livan və Şimali Fələstin arasında çəkilmiş xətt) keçən yeni beton divar tikdiyini vurğuladı.Bu xəbər, Əl-Nəşrə xəbər agentliyinin çərşənbə axşamı İsrailin UNIFIL missiyasını tənzimləməyə və yeni sərhədlər və standartlar tətbiq etməyə çalışdığını, Mavi Xətti ilk dəfə açıq şəkildə keçdiyini və ölkə ərazisinin minlərlə metrini işğal etdiyini bildirməsi ilə eyni vaxta təsadüf edir.Atəşkəs razılaşmasına əsasən, İsrail ordusu 60 gün ərzində Livanın cənubundan çəkilməli idi, lakin rejim beynəlxalq hüquqa zidd olaraq qoşunlarını bölgədəki beş strateji mövqedə saxladı və oradan çıxmadı.