ABŞ son təyyarədaşıyan gəmisini Asiyadan çıxardı
https://parstoday.ir/azeri/news/world-i13998-abŞ_son_təyyarədaşıyan_gəmisini_asiyadan_çıxardı
bu vəziyyət İranla bitməyən müharibənin bir sıra amerikalı hərbçiləri fiziki və mənəvi cəhətdən tükətdiyini göstərir
(last modified 2026-08-16T10:57:53+00:00 )
Avq 16, 2026 14:53 Asia/Baku
  • ABŞ son təyyarədaşıyan gəmisini Asiyadan çıxardı

bu vəziyyət İranla bitməyən müharibənin bir sıra amerikalı hərbçiləri fiziki və mənəvi cəhətdən tükətdiyini göstərir

ABŞ son təyyarədaşıyan gəmisini Asiyadan çıxardı

 Donald Trampın İrana qarşı müharibəsi ABŞ-ın təyyarədaşıyan gəmilərinin imkanlarını son həddə qədər yükləyib və Sakit okeanın qərb hissəsini ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas döyüş gəmilərindən birinin yoxluğu ilə üz-üzə qoyub.

 Analitiklərin sözlərinə görə, hazırda Sakit okeanı tərk edən və Qərbi Asiyada USS Abraham Lincoln təyyarədaşıyan gəmisini əvəz edəcəyi gözlənilən USS George Washington gəmisinin Sakit okeanda olmaması qısamüddətli xarakter daşıya bilər. Lakin bu vəziyyət İranla bitməyən müharibənin bir sıra amerikalı hərbçiləri fiziki və mənəvi cəhətdən tükətdiyini göstərir. Bütün bunlar Tramp administrasiyasının Asiya-Sakit okean regionundan getdikcə daha çox geri çəkilərək diqqətini Qərb yarımkürəsinə yönəltdiyi bir vaxtda baş verir.