Lukaşenko post-sovet ölkələrinə necə nüvə silahı əldə etməyi izah edib
https://parstoday.ir/azeri/news/world-i246-lukaşenko_post_sovet_ölkələrinə_necə_nüvə_silahı_əldə_etməyi_izah_edib
Belarus prezidenti Sovet İttifaqından müstəqillik qazanmış ölkələri Rusiya-Belarus İttifaqına qoşulmaqla “nüvə silahı” əldə etməyə çağırıb.
(last modified 2023-05-29T07:08:52+00:00 )
May 29, 2023 11:07 Asia/Baku
  • Lukaşenko post-sovet ölkələrinə necə nüvə silahı əldə etməyi izah edib

Belarus prezidenti Sovet İttifaqından müstəqillik qazanmış ölkələri Rusiya-Belarus İttifaqına qoşulmaqla “nüvə silahı” əldə etməyə çağırıb.

Aleksandr Lukaşenko "Rossiya-1" telekanalına müsahibədə deyib: "Öz ərazisində nüvə silahı yerləşdirməklə müdafiəsini gücləndirmək istəyən istənilən post-sovet ölkəsi Moskva ilə daha sıx əlaqələr qurmalıdır".

O əlavə edib: "Hətta müdafiəsini gücləndirmək üçün belə bir üsul və ehtimalı düşünən ölkələr də Rusiya və Belarus ittifaqına qoşulmalıdır".

Lukaşenko bir suala cavab olaraq, Qazaxıstan hökumətinin Moskva ilə Minsk arasında nüvə silahının mübadiləsinə imkan verən əlaqələrin səviyyəsi ilə bağlı son şərhlərinə istinad edərək, deyib: "Heç kim Qazaxıstanın və digər ölkələrin Rusiya Federasiyası ilə bizim kimi yaxın münasibətlərə malik olmasına qarşı deyil".