Baydenin yeni xətası
ABŞ prezidenti Co Bayden yenə səhv edərək Britaniyanın baş nazirini “cənab prezident” adlandırıb.
ABŞ prezidenti Co Baydenin səhvləri və yaddaşının zəif olması, vəzifəyə başladığı gündən bəri medianın böyük diqqətini çəkdi və tənqidçiləri onun psixi sağlamlığı və qabiliyyətlərini şübhə altına almağa vadar etdi.
İRNA-nın məlumatına görə, ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdə Britaniyanın baş naziri ilə görüşündə onu “cənab prezident” adlandırıb.
Baydenin şifahi səhvləri o qədər təkrarlanıb ki, Amerika komediya proqramlarının mövzusuna çevrilib.
qeyd edək ötən həftə ABŞ Prezidenti Co Bayden Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının tələbələri üçün keçirilən buraxılış mərasimində səhnəyə çıxanda müvazinətini itirib .
Bayden səhnədə cangüdənlərinin və Hərbi Hava Qüvvələri zabitinin köməyi ilə ayağa qalxıb.