Paşinyan Putinlə görüşdə: Qarabağ və Laçında vəziyyət kritikdir
https://parstoday.ir/azeri/news/world-i420-paşinyan_putinlə_görüşdə_qarabağ_və_laçında_vəziyyət_kritikdir
Ermənistanın baş naziri Rusiya prezidenti ilə görüşündə bildirib ki, Azərbaycan Respublikası tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra Laçın dəhlizi və Dağlıq Qarabağda vəziyyət kritikdir.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyun 10, 2023 07:59 Asia/Baku
  • Paşinyan Putinlə görüşdə: Qarabağ və Laçında vəziyyət kritikdir

Ermənistanın baş naziri Rusiya prezidenti ilə görüşündə bildirib ki, Azərbaycan Respublikası tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra Laçın dəhlizi və Dağlıq Qarabağda vəziyyət kritikdir.

Artıq bir neçə aydır ki, Azərbaycan Respublikası Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradıb.

Ermənistan Xarici İşlər Nazirliyi bu hərəkəti tənqid edib və bunu Bakı, İrəvan və Moskva liderləri arasında Dağlıq Qarabağ  münaqişəsinə son qoyan 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmanın kobud şəkildə pozulması hesab edib .

İndi TASS xəbər agentliyinin məlumatına görə, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan deyib : Biz bu vəziyyəti Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti baxımından araşdırırıq, lakin təəssüf ki, orada humanitar vəziyyət hələ də gərgindir.

Laçın dəhlizinin vəziyyətini çox gərgin adlandıran Paşinyan əlavə edib: “Bir neçə aydır ki, bu ərazidə yanacaq və elektrik enerjisi ilə bağlı heç bir xəbər yoxdur, Rusiya sülhməramlıları Dağlıq Qarabağa məhdud miqdarda ərzaq çatdırır, lakin ümumi humanitar böhran hələ də davam edir.