İsveçdə Quranın təhqirinə qarşı fəallıq artır
İslam dünyasının vahid mövqe sərgiləməsi labüddür- AKTUAL
İsveçdə Qurani-Kərimə qarşı təhqirlər İslam ölkələrində hökumətlər, insanlar, analitiklər və səlahiyyətlilər tərəfindən geniş reaksiya ilə qarşılanıb.
37 yaşlı İraq əsilli isveçli “Silvan Momika” paytaxt Stokholmda Qurban bayramının ilk günündə məhkəmənin icazəsi və polisin gözü qabağında Qurani-Kərimi yandırıb.
Momikanın bu vandal hərəkəti İsveç hökumətinin dəstəyi ilə həyata keçirilib. İsveçin Apellyasiya Məhkəməsi isə bu dəhşətli cinayətə yaşıl işıq yandırıb.
İsveçdə yaşayan araşdırmaçı jurnalist "Vəlid Əl-Miqdadi" Rusiyanın Əlyoum kanalında yayımlanan "Ən yaxşı söhbət" proqramında deyib: “Silvan Momika Şimali İraqın Neynəva vilayətindəndir, liberal, ateist və ekstremistdir; Və vaxtilə İraqda bir silahlı qrupun komandiri olub”.
Onun sözlərinə görə, Silvan Momika 2017-ci ildə hərbi cinayətlərdə ittiham olunaraq həbs edilib, daha sonra Qərb ölkələrinin müdaxiləsi ilə azad edilərək İsveçə sığınıb və hazırda bu ölkənin ifrat partiyalarından birinə qoşulub.
Qurani-Kərimi təhqir etmək aktı İsveç müsəlmanlarının və bütün dünya müsəlmanlarının dini hüquqlarının pozulmasının bariz nümunəsidir ki, bu da müsəlmanların hökumətlərdən və sadə vətəndaşlardan tutmuş dini təqlid mərcələrinə qədər vahid mövqeyi ilə nəticələnib.
Yüzlərlə İraq vətəndaşı İsveçin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək, İsveç səfirinin ölkədən qovulmasını tələb ediblər.
BƏƏ Xarici İşlər Nazirliyi İsveç səfirini çağırarkən vurğulayıb: “İsveç hökumətinin ekstremist ünsürlərə icazə verməsi və Qurani-Kərimin bir nüsxəsinin yandırılması ictimai dəyərlərə hörmətsizlikdən xəbər verir”.
İordaniya Xarici İşlər Nazirliyi də İsveç səfirini çağırıb və vurğulayıb ki, bu hərəkətlər cinayətdir və bütün dünyada iki milyarddan çox müsəlmanın hisslərini təhrik edir.
İslam Əməkdaşlıq Təşkilatının katibliyi də elan edib: “Gələn həftə bu təşkilatın İsveçdə Qurani-Kərimin təhqir olunmasını araşdırmaq məqsədi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində fövqəladə iclası keçiriləcək”.
Digər tərəfdən Ayətullah Seyid Əli Sistaninin ofisi bəyanat yayaraq, İsveç polisinin icazəsi ilə Qurani-Kərimin təhqir olunması ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərdiyini açıqlayıb.
Məktubda deyilir: “İfadə azadlığına hörmət, dünyada iki milyarddan çox müsəlmanın müqəddəsliyinə açıq hücumu və utanc verici davranışı heç cür əsaslandıra bilməz”.