7 Azərbaycanlı Tel-Əvivdə həbs olundu
Tel-Əvivdə 7 Azərbaycan vətəndaşı İrana casusluqda şübhəli bilinərək, həbs olundu
İsrail Prokurorluğu iddia edib ki, bu şəxslər işğal olunmuş ərazilərdəki həssas, hərbi və infrastruktur mərkəzlərinin şəkillərini çəkib, məlumatları İrana göndərirmişlər.Məlumatda bildirilir ki, bu şəxslər Azərbaycan Respublikasından İsrailə daxil olublar və təxminən 2 il müddətdə İran üçün 600-dən çox kəşfiyyat məlumatı toplama əməliyyatı keçiriblər ki, bu əməliyyatlara İsrailin hava bazaları və Qolani briqada bazasından məlumatlar da daxildir.İsrail Polisi adları da açıqlayıb: "İrana casusluqda şübhəli bilinən Aleksandr Sedikov, Əziz Nisanov, Yiqal Nissan, Vıçaslav Qoşçin, Yevgeni Ufa və adları açıqlanmayan daha iki nəfərdir. Cümə günü prokurorluq onlara qarşı bir sıra ciddi təhlükəsizlik cinayətlərinə görə Hayfa regional məhkəməsinə ittiham aktını təqdim etməlidir."Azərbaycan Respublikası həbs olunan vətəndaşlarının vəziyyəti barədə hələ heç bir açıqlama verməyib.