-
Trampın reytinqi ən aşağı səviyəyə düşdü
Avq 12, 2026 13:24Economist/YouGov jurnalının yeni sorğusuna görə, ABŞ prezidenti Donald Trampın reytinqi ən aşağı səviyyəyə düşüb və hər üç amerikalıdan yalnız biri onun fəaliyyətini bəyənib.
-
"New York Times" qəzeti İran raketlərinin ABŞ hava hücumundan müdafiə sistemlərini keçdiyini açıqlayıb
Avq 12, 2026 13:19"The New York Times" qəzeti ABŞ ordusunun İran hücumlarını dəf etmək üçün 4 milyon dollar dəyərində 50 ədəd "Patriot" raketi xərclədiyini, lakin İran raketlərinin İordaniyadakı ABŞ hava hücumundan müdafiə sistemlərini yararaq keçə bildiyini bildirib.
-
Pakistan: Nəqvinin Tehrana səfəri regional sülh üçün İranla məsləhətləşmələrin davamıdır
Avq 12, 2026 13:11Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin danışıqlar aparan tərəflərin qarşılıqlı əlaqəsinə kömək etmək və onları İslamabad Anlaşma Memorandumuna qaytarmaq səylərinin davam etdirildiyini vurğulayaraq, Pakistan Daxili İşlər Nazirinin Tehrana səfərinin ikitərəfli münasibətləri, təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələri və regionda sülh və sabitliyin qorunmasında iştirakı gücləndirmək üçün İran İslam Respublikası ilə məsləhətləşmələrin davamı olduğunu bildirib.
-
General-mayor Vəhidi: İslam döyüşçüləri dünya tarixində ən silahlı ordunu diz çökdürdülər
Avq 11, 2026 18:16İİKK-nın baş komandanı Rəbi əl-əvvəl ayı yaxınlaşdıqca İslam döyüşçülərinə ünvanladığı məktubda altı aylıq cihadı qiymətləndirərək vurğuladı: “Siz Uca Allaha güvənərək və cənub adalarının və sahillərinin qızmar istisi və güclü mussonları, şimal sərhəd yüksəkliklərinin soyuqluğu və güclü atəş altında uğurlu hücum və müdafiə əməliyyatları da daxil olmaqla son dərəcə çətin şəraitdə qalibiyyətlə mübarizə apararaq dünya tarixində ən silahlı ordunu diz çökdürdünüz”.
-
Xarici İşlər Nazirliyinin müharibə dövründə gördüyü sərt tədbirlərdən biri tibbi ehtiyacların ödənilməsi idi
Avq 11, 2026 18:07Xarici İşlər naziri dedi: "Səhiyyə diplomatiyası texnologiya transferi, dərman və tibbi avadanlıqların təminatı da daxil olmaqla müxtəlif əməkdaşlıqları əhatə edir və müharibə şəraitində sərt tədbirlərimizdən biri ölkənin tibb və tibbi avadanlıq sahəsindəki səhiyyə ehtiyaclarını ödəmək və onları ölkəyə köçürmək idi."
-
Prezidentin İnqilab Rəhbəri ilə görüşü etimad və dəstəyə əsaslanan münasibətlərin davam etməsinin əlamətidir
Avq 11, 2026 18:04Hökumət sözçüsü: Prezidentin İnqilab Rəhbəri ilə qarşılıqlı əlaqəsi həmişə davam edən münasibət olub və yalnız müəyyən bir görüşlə məhdudlaşmır; bəlkə də bu görüşü sadəcə atmosfer yaradan bir fəaliyyətə "cavab" kimi deyil, eyni qarşılıqlı əlaqə, etimad və dəstəyə əsaslanan münasibətlərin davam etməsinin başqa bir əlaməti kimi qəbul etmək daha doğru olardı.
-
Silahlı Qüvvələrin Baş Qərargahı SEPAH-a dəstəkdə tam və hərtərəfli hazırldır
Avq 11, 2026 18:02Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general-mayor Vəhidinin İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı vəzifəsinə təyin olunması münasibətilə göndərdiyi mesajda Baş Qərargahın həmin quruma dəstək, əməkdaşlıq və strateji təminat göstərməyə tam və hərtərəfli hazır olduğunu vurğulayıb.
-
SEPAH sözçüsü: Ramazan müharibəsi ABŞ-nin strateji zəifliyini üzə çıxardı
Avq 11, 2026 17:55SEPAH sözçüsü: Ramazan müharibəsi müharibə xərclərinin bir hissəsinin ABŞ və onun müttəfiqlərinin üzərinə yönəlməsinə səbəb oldu və ABŞ-nin strateji zəifliyini, həmçinin İran İslam Respublikasının hərbi, iqtisadi və siyasi hesablamalara təsir gücünü üzə çıxardı.
-
Prezident Pezeşkiandan hərbi komandanların yeni təyinatları ilə bağlı təbrik mesajları
Avq 11, 2026 17:52Prezident ayrı-ayrı mesajlarında general-mayor Əhməd Vəhidinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Mustafa İzədinin SEPAH baş komandanının müavini, höccətül-islam vəl-müslimin Hüseyn Taibin Bəsic (könüllülər) Təşkilatının rəhbəri və kontr-admiral Əli Əzmayinin SEPAH Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifələrinə təyin olunmaları münasibətilə təbriklərini çatdırıb.
-
Bəqayi: Amerika siyasət və rasionallığı sanksiyalara patoloji asılılıqla əvəz edib
Avq 11, 2026 17:39Bazar ertəsi axşamı, 10 avqustda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü mesajında Amerikanın siyasət və rasionallığı sanksiyalara patoloji asılılıqla əvəz etdiyini bildirib və deyib: Vaşinqton diplomatiyanı inkişaf etdirə bilmədikdə, sanksiyalara əl atır; və sanksiyalar nəticə vermədiyi üçün sadəcə dozanı artırır.