Saxta şahidləri Mossad istiqamətləndirir?
(last modified Mon, 26 Aug 2024 10:53:11 GMT )
Avq 26, 2024 14:53 Asia/Baku
  • Saxta şahidləri Mossad istiqamətləndirir?

Azərbaycan Respublikasında müxalif fikirli insanlar və tənqidçilərin azadlıqdan məhrum edilməsindəki saxta şahidlərin fəaliyyətində sionist İsrail rejiminin izi barədə iddia irəli sürülüb.

 

Həbsdə olan siyasi fəal T.Yaqubluya qarşı ifadə verən şəxsin oğlu sionist rejimin casusluq təşkilatında çalışırmış. Bu barədə məhbusun özü məhkəmə iclasında faktlar təqdim edib.

Həbsdə olan siyasətçi Tofiq Yaqublu iddia edir ki, onun əleyhinə ifadə verərək həbsinin səbəbkarlarından olan Elşən Hüseynovun oğlu qəsbkar sionist rejimin xüsusi xidmət orqanlarında çalışır.

Siyasi fəal məhkəmədə bu iddia ilə bağlı fotolar da nümayiş etdirib. Fotolarda cinayətkar rejimin prezidentinin Cəlal Hüseynovu təltif etməsi, onun anasiyla görüşməsi əksini tapıb.

Yaqublu avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində, öz işi üzrə keçirilən məhkəmə iclasında bu barədə danışıb.

Elşən Hüseynov Tofiq Yaqublunun işində zərərçəkmiş qismində tanınıb. O iddia edir ki, səhhətində ciddi problemlər var, bununla bağlı Almaniyaya getmək istədiyindən, Elnur Məmmədov vasitəsi ilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat verib. Yaqublu bu pula onu Almaniyaya göndərməli, orada vətəndaşlıq Almasını təmin etməli imiş.

Tofiq Yaqublu ittihamı rədd edərək, istər E.Məmmədovun, istər E.Hüseynovun hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu, kimlərisə həbs etmək lazım gələndə, onlardan istifadə edildiyini deyir.

Ötən məhkəmə iclaslarından birində zərərçəkmiş Hüseynov demişdi ki, müalicəyə görə 3 ölkəyə-İsrailə,Almaniyaya və Belarusa gedə bilərdi. O, Almaniyaya getməyə qərar verib. Suallara cavabında da demişdi ki, İsraildə olmayıb, orada da heç kimi yoxdur.

“Deyirdi ki, İsraildə heç kimi yoxdur, orada olmayıb, amma mənim üzümə duran bu adamın oğlu Calal Əliyev İsrailin xüsusi xidmət orqanlarında işləyir. Oğlu orada ola-ola niyə müalicə üçün İsrailə getmir, amma mənə 25 min avro , 10 min manat pul verirdi?”,- T.Yaqublu deyib.