Qəzzanın atəşkəs razılaşmasına baxmayaraq bombalanması davam edir
https://parstoday.ir/azeri/news/west_asia-i12866-qəzzanın_atəşkəs_razılaşmasına_baxmayaraq_bombalanması_davam_edir
Xəbər mənbələri bildirir ki, sionist rejimin işğalçı ordusu, Qəzzada müharibənin başa çatması və atəşkəsin əldə olunması ilə bağlı rəsmi açıqlamaya baxmayaraq, bu bölgənin bəzi hissələrini bombalamaqda davam edir.
(last modified 2025-10-09T09:19:13+00:00 )
Okt 09, 2025 13:13 Asia/Baku
  • Qəzzanın atəşkəs razılaşmasına baxmayaraq bombalanması davam edir

Xəbər mənbələri bildirir ki, sionist rejimin işğalçı ordusu, Qəzzada müharibənin başa çatması və atəşkəsin əldə olunması ilə bağlı rəsmi açıqlamaya baxmayaraq, bu bölgənin bəzi hissələrini bombalamaqda davam edir.

Rejimin bir hərbi mənbəsi də bildirib ki, siyasi rəhbərlikdən rəsmi göstəriş verilməyənə qədər atəşkəs bu mərhələdə qüvvəyə minməyəcək.

Sionist "Yediot Ahronot" qəzeti də yazıb ki, razılaşma kabinet tərəfindən təsdiqləndikdən sonra rejim 24 saat ərzində razılaşdırılmış mövqelərdən geri çəkiləcək.