-
İqtisadi dayanıqlılıq təhlükəsizlik olmadan davamlı olmayacaq
Sen 13, 2026 13:45İran Prezidenti vurğulayıb ki, BRİKS bu gün sadəcə bir neçə inkişaf etməkdə olan iqtisadiyyat arasında əməkdaşlıq çərçivəsi deyil. O, qeyd edib: BRİKS heç bir güc mərkəzinin digər xalqların taleyini müəyyən etmək hüququna malik olmadığı daha balanslı və inklüziv dünya tələbinin getdikcə artdığının göstəricisidir.
-
Yəmən Səudiyyə Ərəbistanının hərbi bazasına raket və PUA zərbələri endirib
Sen 13, 2026 14:00Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanının “Şərurə” bölgəsində yerləşən hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə birgə hücum həyata keçirildiyini açıqlayıb.
-
Məhkəmə-hüquq əməkdaşlığı artıq seçim deyil, mənəvi və təhlükəsizlik baxımından zərurətdir
Sen 13, 2026 13:56İranın Baş prokuroru Qazaxıstanın Türkistan şəhərində keçirilən ECO-ya üzv ölkələrin baş prokurorlarının VII toplantısında “hüquqi diplomatiya” və “bölünməz təhlükəsizlik” anlayışlarını vurğulayaraq bildirib: Cinayətkarlar bizdən daha sürətli hərəkət edirlər, çünki onlar sərhədlərə və suverenlik məhdudiyyətlərinə riayət etmirlər. Transmilli cinayətlərlə mübarizə isə təcili və mürəkkəb prosedurlar olmadan məhkəmə-hüquq əməkdaşlığını tələb edir.
-
MAQATE Rəhbərlər Şurasının İrana qarşı qətnaməsi tamamilə siyasi qərar idi
Sen 13, 2026 13:53İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının İrana qarşı qəbul etdiyi qətnamə ABŞ və İsrail tərəfindən bu şuraya qəbul etdirilmiş tamamilə siyasi bir qərar olub.
-
İran MAQATE ilə əməkdaşlığı davam etdirir
Sen 13, 2026 13:20İranın MAQATE-dəki nümayəndəsi Rza Nəcəfi bildirib ki, İranın bütün nüvə obyektlərinə çıxış hücumdan əvvəl mövcud olub və hazırkı vəziyyət İrana qarşı həyata keçirilən hücum və təcavüzün nəticəsidir. O, İranın MAQATE ilə əməkdaşlığı davam etdirdiyini və agentlik müfəttişlərinin Buşəhr Atom Elektrik Stansiyasına səfərinin planlaşdırıldığını açıqlayıb.
-
Agentliyin siyasi yanaşması ölkələri NPT-dən çıxmağa sövq edəcək
Sen 11, 2026 12:45İran Ali Milli Təhlükəsizlik Şurasının katibi xəbərdarlıq edib: Beynəlxalq Atom Enerjisi Agentliyinin siyasi yanaşmasının davam etdirilməsi ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmağa sövq edəcək.
-
İstənilən düşmənçilik xarakterli fəaliyyət hədəfə alınacaq
Sen 11, 2026 12:28İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Əzmayi bildirib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazında istənilən düşmənçilik xarakterli fəaliyyətə qarşı qətiyyətlə hərəkət edəcək.
-
İranın nüvə proqramına qarşı yenidən irəli sürülən ittihamların mahiyyəti texniki deyil
Sen 11, 2026 12:40İran İslam Respublikasının BMT yanında səfiri və nümayəndəliyinin müvəqqəti işlər vəkili Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirib ki, İranın dinc məqsədli nüvə proqramına qarşı yenidən irəli sürülən ittihamlar texniki xarakter daşımır və siyasi mahiyyət daşıyır. O qeyd edib ki, 2231 saylı qətnamənin müddəti başa çatıb, İranın nüvə məsələsinə baxılması yekunlaşıb və nüvə silahlarının yayılmaması məsələsi də Şuranın gündəliyindən çıxarılıb.
-
Yəmən məsələlərinin həlli blokadanın davam etdirilməsi və hərbi ittifaqlar yolu ilə mümkün deyil
Sen 11, 2026 12:35“Pars Today” – İran Xarici İşlər Nazirliyi bəyanatında Yəmənin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin, eləcə də bu ölkəyə qarşı qeyri-qanuni və qeyri-insani blokadaya son qoyulmasının vacibliyini vurğulayıb.
-
İran Ordusunun İstənilən təhlükəyə tam hazırıq
Sen 10, 2026 11:29İran Ordusunun Quru Qoşunları Komandanı briqada generalı Əli Cahanşahi ordunun bütün təhdidlərə qarşı tam döyüş hazırlığında olduğunu bildirib. O, sərhədlərdə yerləşən bölmələrin ölkənin sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb