-
Yəməndən “Aramco”ya və Səudiyyə Ərəbistanındakı digər həssas obyektlərə genişmiqyaslı hücum
Sen 08, 2026 17:16Yəmən Silahlı Qüvvələrinin sözçüsü “Aramco” obyektlərinə və Səudiyyə Ərəbistanının digər həssas məntəqələrinə, o cümlədən Xamis Müşeytdə yerləşən “Kral Xalid” hava bazasına hücum edildiyini açıqlayıb.
-
ABŞ-ın hərbi gəmilərinin hədəfə alınması İranın imkanlarının yalnız kiçik bir hissəsidir
Sen 08, 2026 11:40İslam Şurası Məclisinin sədr müavini bildirib: ABŞ-ın hərbi gəmilərinin hədəfə alınması və onların hərbi komandirlərinin yerləşdiyi mərkəzlərin məhv edilməsi ilə bağlı baş verənlər İranın imkanlarının yalnız kiçik bir hissəsi olub. Bizim ABŞ-ın xəyallara qapılmış hökumətinə tövsiyəmiz budur ki, onsuz da qalmamış nüfuzunuzu daha da itirməyin və mümkün qədər tez Qərbi Asiya regionunu və Fars körfəzini tərk edin.
-
3 iranlı pilotun taleyi ilə bağlı araşdırmalar Qətərə texniki heyətin göndərilməsi ilə davam etdirilir
Sen 07, 2026 12:08İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, üç iranlı pilotun taleyinin müəyyənləşdirilməsi məsələsi diplomatik danışıqlarda daim gündəmdədir. O, həmçinin Küveytdə saxlanılan İran vətəndaşlarının azadlığa buraxılması üçün danışıqların davam etdiyini açıqlayıb.
-
Tramp təhlükəli şəkildə reallıqdan uzaqlaşıb
Sen 07, 2026 10:42ABŞ-ın Konnektikut ştatından olan demokrat senator bildirib: “Ölkəmizdə fermer təsərrüfatları müflis olduğu, benzinin qiyməti yüksək olduğu və İran əvvəlkindən daha güclü olduğu halda, bizim prezidentimiz təhlükəli şəkildə reallıqdan uzaqlaşıb.”
-
İrana qarşı hər hansı təcavüzə “daha ağır və daha ağrılı” cavab veriləcək
Sen 07, 2026 10:37İran İslam Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, “mütənasib cavablar” dövrü başa çatıb və bundan sonra İranın maraq və təhlükəsizliyinə qarşı hər hansı təcavüzə daha sürətli, daha ağır və daha ağrılı cavab veriləcək.
-
Trampın Hörmüz boğazının açıq olması barədə iddiası böyük yalandır
Sen 07, 2026 10:34İran Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor Möhsün Rzayi Donald Trampın Hörmüz boğazının açıq olması barədə iddiasını təkzib edərək bildirib ki, boğaz tamamilə bağlanıb və İran Silahlı Qüvvələrinin nəzarəti altındadır.
-
Amerikalılar İrandan yalnız “xeyr” cavabı eşidiblər
Sen 07, 2026 10:27İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Əli Abdullahi bildirib ki, amerikalılar 80 ildən artıqdır heç bir ölkədən “xeyr” cavabı eşitməyiblər və İrana qarşı təcavüzdən əvvəl İran xalqının təslim olacağını düşünürdülər.
-
İran ABŞ-ın danışıqlar üçün şərtlərini qəbul etməyəcək
Sen 06, 2026 12:52İraqlı təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert ABŞ ordusunun Minab və Sirik şəhərlərində mülki şəxslərə hücumunu “müharibə cinayəti” adlandıraraq vurğulayıb ki, İran ABŞ-ın danışıqlar üçün irəli sürdüyü şərtləri qəbul etməyəcək.
-
İsrail rejimi Qəzza xalqını köçürmək planından əl çəkməyib
Sen 06, 2026 12:48Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS İsrail rejiminin Qəzza zolağında strateji planlarının iflasa uğradığını vurğulayaraq bildirib ki, Təl-Əviv hələ də Qəzza əhalisini bu bölgədən çıxarmaq planından əl çəkməyib
-
İranın dayanıqlılığı dünyada dillər əzbərinə çevrilib
Sen 06, 2026 12:43İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei Hindistanda BRİKS-ə üzv ölkələrin məhkəmə hakimiyyəti rəhbərlərinin sammitindən qayıdarkən bildirib ki, İran xalqının və İslam Respublikası quruluşunun dayanıqlılığı dünyada dillər əzbərinə çevrilib.