Son xəbərlər
  •  Hörmüz boğazında icazəsiz hərəkət edən gəmilər hədəfə alınacaq

    Hörmüz boğazında icazəsiz hərəkət edən gəmilər hədəfə alınacaq

    Sen 06, 2026 12:28

    SEPAH-ın Dəniz Qüvvələri bəyanat yayaraq bildirib ki, ABŞ ordusunun İranın üç neft tankerinə hücumundan sonra Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən üç tanker və ABŞ-la əlaqəli üç gəmi hədəfə alınıb. Bəyanatda Fars körfəzi və Hörmüz boğazı yaxınlığında fəaliyyət göstərən bütün gəmilərə xəbərdarlıq edilərək, icazəsiz su yollarından keçmək cəhdlərinin hədəfə alınacağı bildirilib.

  •  tranzit, enerji və sərhəd əməkdaşlığını müzakirə ediblər

    tranzit, enerji və sərhəd əməkdaşlığını müzakirə ediblər

    Sen 06, 2026 12:19

    İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev telefon danışığı zamanı iki ölkə arasında iqtisadi əlaqələrin, xüsusilə tranzit, enerji, nəqliyyat və sərhəd infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər. Tərəflər həmçinin Ağbənd istiqamətində dəmir yolu layihəsinin davam etdirilməsi və tranzit dəhlizlərinin bərpası məsələlərinə toxunublar.

  •  İran bütün texnologiyalarla silahlanmış düşmən qarşısında dayandı

    İran bütün texnologiyalarla silahlanmış düşmən qarşısında dayandı

    Sen 05, 2026 23:12

    İran Ordusunun Baş Qərargah rəisi və koordinasiya üzrə müavini bildirib: “Biz özümüzlə fəxr etməli və başımızı dik tutmalıyıq. Çünki dünyanın bütün texnika və texnologiyalarına malik olan bir düşmən qarşısında dayanmışıq.”

  • G20 ölkələri ABŞ-ın İrana qarşı müharibəsinin tezliklə başa çatdırılmasını istəyiblər

    G20 ölkələri ABŞ-ın İrana qarşı müharibəsinin tezliklə başa çatdırılmasını istəyiblər

    Sen 05, 2026 23:07

    Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, G20 ölkələri ABŞ-ın Şimali Karolina ştatında keçirilən maliyyə nazirlərinin toplantısında enerji daşıyıcılarının qiymətlərinin artması və münaqişənin davam etməsinin qlobal bazarlara təsirlərindən narahatlıq ifadə edərək, ABŞ-ın İrana qarşı müharibəsinin tezliklə başa çatdırılmasını tələb ediblər

  •  Şəhid Rəcai limanında xüsusi terminal tikiləcək

    Şəhid Rəcai limanında xüsusi terminal tikiləcək

    Sen 05, 2026 23:00

    Qazaxıstan Mərkəzi Asiya ilə Fars körfəzi və Hind okeanı arasında mühüm tranzit bağlantısı kimi İranın imkanlarından daha fəal istifadə etməyə başlayıb. Astana yalnız İran ərazisindən keçən tranzit marşrutlarını genişləndirməklə kifayətlənmir, həm də Bəndər-Abbas yaxınlığındakı Şəhid Rəcai limanında xüsusi tranzit-logistika terminalının yaradılması ilə İranın cənub limanlarında uzunmüddətli iştirakını gücləndirməyə hazırlaşır.

  •  Zelenskinin Rusiyanın mülki aviasiyasına təhdidi “geri dönüşü olmayan nöqtə” yaradıb

    Zelenskinin Rusiyanın mülki aviasiyasına təhdidi “geri dönüşü olmayan nöqtə” yaradıb

    Sen 05, 2026 22:54

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın mülki aviasiya infrastrukturuna mümkün hücumlarla bağlı bəyanatları Kiyevi dəstəkləyən ölkələri çətin vəziyyətə salıb və məsələ BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.

  • Aİ-Azərbaycan münasibətlərində artıq nəqliyyat və digər vacib məsələlərdən danışılır

    Aİ-Azərbaycan münasibətlərində artıq nəqliyyat və digər vacib məsələlərdən danışılır

    Sen 04, 2026 14:13

    Aİ-Azərbaycan münasibətlərindən danışarkən bir çox ekspertlər enerjidən bəhs edir, lakin mən inanıram ki, enerji vacib olaraq qalsa da, biz artıq enerjidən də kənara çıxmışıq. İndi biz getdikcə daha çox nəqliyyat və digər vacib məsələlərdən danışırıq.

  • Vitkoff və Kuşner şənbə günü Moskvaya səfər edəcəklər

    Vitkoff və Kuşner şənbə günü Moskvaya səfər edəcəklər

    Sen 04, 2026 14:03

    Rusiyanın TASS xəbər agentliyi xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner sabah, şənbə günü, sentyabrın 5-də Moskvaya səfər edəcəklər.

  •  Düşmən İrana qarşı hücum zamanı çoxsaylı hesablama səhvlərinə yol verib

    Düşmən İrana qarşı hücum zamanı çoxsaylı hesablama səhvlərinə yol verib

    Sen 04, 2026 13:39

    İran Ordusunun sözçüsü bildirib düşmən İranın raket və nüvə potensialını məhv etmək, hakimiyyəti devirmək və İranı parçalamaq da daxil olmaqla çoxsaylı məqsədlər qarşıya qoymuşdu, lakin bütün bu məqsədlərə çatmaqda uğursuzluğa düçar oldu