Suriyadakı bombardmanda 3 türk mühəndis həlak olub
https://parstoday.ir/azeri/news/west_asia-i10576-suriyadakı_bombardmanda_3_türk_mühəndis_həlak_olub
Sionist İsrail rejiminin Suriyaya aviazərbələri zamanı 3 türk mühəndisin qətlə yetirildiyi xəbər verilir.
(last modified 2025-04-08T05:48:40+00:00 )
Apr 07, 2025 19:47 Asia/Baku
  • Suriyadakı bombardmanda 3 türk mühəndis həlak olub

Sionist İsrail rejiminin Suriyaya aviazərbələri zamanı 3 türk mühəndisin qətlə yetirildiyi xəbər verilir.

 

Türkiyə mətbuatı yazır ki, İsrail hərbi təyyarələrinin həyata keçirdiyi hava hücumu nəticəsində 3 türk mühəndis həlak olub. Məlumatda qeyd olunur ki, İsrail təyyarələri Suriyanın Həma əyalətindəki hərbi bazaya hava zərbəsi endirib. Hücumda 3 türk mühəndis həlak olub.

Onların hansı layihələrdə iştirak etdikləri barədə rəsmi məlumat alınmayıb. İlkin məlumatlara görə isə, mühəndislər Suriyada müxtəlif enerji layihələrində çalışıblar.Rəsmi Ankara işğalçı rejimin bu cinayətinə münasibət bildirməyib; təkcə onu vurğulayıb ki, Suriyada Türkiyə-İsrail qarşıdurmasının baş verməsində maraqlı deyil.

Bu, ekspertlər tərəfindən Türkiyə hökumətinin passivliyi kimi dəyərləndirilir. Qeyd edək ki, türk mühəndislərin Suriyada öldürülməsini Azərbaycan Respublikası da qınamağa hazır olmayıb.