“Əl-Həqq”: Qəzzə aclıq və fəlakətlə üz-üzədir
https://parstoday.ir/azeri/news/west_asia-i10914-Əl_həqq_qəzzə_aclıq_və_fəlakətlə_üz_üzədir
Fələstinin “Əl-Həqq” təşkilatının direktoru bəyan edib ki, İsrailin həyata keçirdiyi siyasətlər nəticəsində Qəzzə zolağında əhali son dərəcə ağır və dözülməz şəraitdə yaşayır.
(last modified 2025-05-05T10:25:32+00:00 )
May 04, 2025 15:05 Asia/Baku
  • “Əl-Həqq”: Qəzzə aclıq və fəlakətlə üz-üzədir

Fələstinin “Əl-Həqq” təşkilatının direktoru bəyan edib ki, İsrailin həyata keçirdiyi siyasətlər nəticəsində Qəzzə zolağında əhali son dərəcə ağır və dözülməz şəraitdə yaşayır.

 

Şəvan Cəbbarin deyib: 60 gündən artıq davam edən mühasirələr, planlaşdırılmış aclıq, humanitar yardımların qarşısının alınması və bütün keçidlərin bağlanması nəticəsində Qəzzə misilsiz fəlakətlə üz-üzədir.O bildirib ki, ərzaq və tibbi yardımın qarşısının alınması vəziyyəti ağırlaşdırıb, aclıq minlərlə insanı zəiflədib.